Alina Nəhmədova () ― Azərbaycanlı peşəkar futbolçu, "Qadınlar üzrə Serbiya Super Liqası"nda mübarizə aparan "Partizan" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A millisinin müdafiəçisi.
Həyatı və Karyerası 2003-cü ilin 3 noyabr tarixində anadan olmuşdur.
2017-ci ildə peşəkar futbola Bakının "Fidan" klubu ilə başladı.
2019-cu ildən etibarən Balakənin "Balxurma" klubunda çıxış etməyə başladı. Burda 1 dəfə 2-cilik əldə etdikdən sonra, 2021-ci ildə Balakənin "Balxurma" klubundan ayrıldı.
2022-ci ildə Türkiyənin "Kayserispor" klubunda çıxış etməyə başladı.
2023-cü ildə Türkiyənin "Asya" klubunda çıxış edirdi. Həmin il çarpaz bağlarının qopması səbəbiylə zədələnmişdir. Bu səbəblə 5 aya yaxın futboldan uzaq qalmalı oldu. Həmçinin Türkiyənin Qaziantep bölgəsində baş verən zəlzələ fəlakəti də zədəyə mənfi təsir göstərdi. Belə ki, zəlzələ zamanı gücü tükəndiyi üçün komanda yoldaşlarının dəstəyi ilə binadan çıxmağa nail oldu.
2024-cü ildə Azərbaycana qayıdaraq "Sumqayıt" klubunda çıxış etməyə başladı. Burda da yaxşı mövsüm keçirən Alina 2-cilik əldə etdi.
2024/2025 sezonunda "Neftçi" klubuna transfer edildi.
2025/2026 sezonunda "Neftçi" klubundan "Partizan" klubuna transfer oldu.
Milli Karyerası 2018-ci ildə Azərbaycan U17 yaş qrupu üzrə millisinə dəvət əldə etmişdir. 2021-ci ildən Azərbaycan U19 millidinə dəvət almış, 2025-ci ilə qədər çıxış etmişdir.
2025-ci ildə artıq Azərbaycanın əsas millisində çıxış etməyə başladı.
Uğurları Asya FK frameless|16x16px Türkiyə 1-ci liqası:Çempion (1) (2022/2023)
Balxurma FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası:İkincilik (1) ( 2019/2020)
Sumqayıt FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: İkincilik (1) ( 2023/2024)
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Sumqayıt FK (qadın) futbolçuları Kateqoriya:Neftçi PFK (qadın) futbolçuları