Şeyx İbrahim əfəndi () və ya Əfəndi Baba (; ) — 1837-ci il Quba üsyanının mənəvi başçılarından, Şeyx Şamilin Azərbaycandakı müttəfiqlərindən və ruslara qarşı müqavimət hərəkatının üzvlərindən biri.
Həyatı Ailəsi Xalq arasında Əfəndi Baba olaraq tanınan Gülhani İbrahim əfəndinin (Gülhan — Qubanın qədim adlarından biri) soyu Məhəmmədin əmisi Həmzə ibn Əbdülmüttəlibə gedib çıxır. Bütün həyatını elmə, islamın təbliğinə və işğalçılara qarşı mübarizəyə həsr etmiş, bu yolda təqib və sürgünlərə məruz qalmışdır. Fatimə adlı xanımdan Əbdülvəhhab, İsmayıl və Məhəmməd adlı oğlanları dünyaya gəlmişdir. Onlar da ataları kimi 1890-cı ildə sürgün edilmişlər. Şeyx İbrahim əfəndi Həmdulla əfəndi Əfəndizadənin babasıdır. Təhsili Quran hafizi olan İbrahim əfəndi ilk təhsilini atası TürkKərim Dünyamalı. Bir Soyun Taleyi (az.). Bakı: Mütərcim. 2003. səh. 22. İsmayıl əfəndidən, icazətini isə 21 il müridi olduğu Şeyx Mövlanə Hacı İsmayıl Şirvanidən almışdır. Ərəb, türk, fars və kürd dillərini bilmişdir. Şeyx İbrahim əfəndi şəriət elmləri ilə yanaşı təbabətdə də mahir olmuşdur.
Fəaliyyəti Quba üsyanının mənəvi başçılarından olan İbrahim əfəndi islamın təbliği ilə yanaşı Azərbaycanı və Şimali Qafqazı işğal etmiş rus işğalçılara qarşı da mübarizə aparmış, xalq arasında onlara qarşı təbliğat-təşviqat işləri görmüş, Şeyx Şamil ilə sıx dostluq və müttəfiqlik əlaqələri qurmuşdur (sonralar bu əlaqələr nəvəsi Həmdulla əfəndi Əfəndizadənin həbsində mühüm rol oynamışdır). Rus işğalına qarşı mübarizə aparan İbrahim əfəndi polkovnik Gimbut tərəfindən dəfələrlə "Sibir"lə hədələnsə də öz mübarizəsindən vaz keçməmişdir. Hicri 1267-ci (1850) ildə sürgün edilən İbrahim əfəndi, ancaq 7 il sonra vətəninə qayıda bilmişdir. Vətəninə qayıdan Şeyx İbrahim, axırıncı dəfə 1842-ci ildə görüşdüyü müttəfiqi Şeyx Şamil ilə olan əlaqələrini müridi Aqil üzərindən yenidən bərpa edərək mübarizəsini davam etdirmişdir. Şeyx İbrahim əfəndinin vəfatından sonra onun övladları və nəvələri rus işğalına qarşı mübarizəni davam etdiriblər.
Tolerantlıq nümunəsi Mənbələrə görə, yüksək insani keyfiyyətlərə malik olduğu qeyd edilən İbrahim əfəndi, din, milliyyət ayırmayaraq ağır xəstə olan rus polkovniki Medvedyevin həyat yoldaşı Yelizaveta İvanovnanı və qızını təbabət üsulları ilə müalicə etmişdir.
Ölümü 1870-ci ilin mart ayının əvvəlindən səhhəti pisləşən İbrahim əfəndi, həmin ilin səfər ayının 13-ü vəfat etmiş və indiki Şabran rayonunun Qələgah kəndində dəfn edilmişdir. Qəbri müsəlman əhalinin ziyarətgah yeridir.
Həmçinin bax
Nəqşibəndilik
Müridizm
İstinadlar
Xarici keçidlər
Azərbaycanda Nəqşibəndilik / Nemətullah Naxçivani / Qubalı Elnur Əfəndi ilə müsahibə / Əfəndi Baba YouTube saytında