thumb|Vəxş çayı.

Rəşt vadisi (; ) — Tacikistanda yerləşən vadi. Bu, Ləxş, Rəşt, Roqun, Tavildərə, Tacikabad və Nurabad daxil olmaqla altı rayonun əhəmiyyətli hissəsini təşkil edir. Rəşt vadisi tarixən Qaratigin adlanır. 1992–1997-ci illərdə Tacikistanda vətəndaş müharibəsi zamanı region Emoməli Rəhmon hökumətinə qarşı olan qüvvələrin qalası olmuş və çoxsaylı döyüşlərin meydanına çevrilmişdir. BMT-nin Tacikistandakı Müşahidəçilər Missiyasının dörd üzvü 1998-ci ildə Gərm rayonunda qətlə yetirilmişdir.

İstinadlar

Kateqoriya:Tacikistan coğrafiyası Kateqoriya:Tacikistan tarixi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri