Rövşən Asəf oğlu Tağıyev () — Azərbaycanlı iş adamı, hüquqşünas və ictimai xadim, "Kral Group" şirkətlər qrupunun təsisçisi.
Rövşən Tağıyev 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür.
Erkən həyatı Rövşən Asəf oğlu Tağıyev 1981-ci ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Atası Asəf Tağıyev baş həkim, həmçinin Naxçıvan Ali Məclisinin III çağırışı, IV çağırışı və V çağırışının deputatı olmuşdur.https://musavat.com/news/naxcivanda-bas-hekimin-isden-cixma-sebebini-oglu-aciqladi-virusa-yoluxmus-sexslerle-temasda-olub_691460.html 1997-ci ildə Şərur rayon Yengicə kənd məktəbini bitirmişdir. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş, təhsilini başa vuraraq hərbi xidmətə yollanmışdır. O, 2003-cü ildə yenidən təhsil almaq qərarına gəlmiş və Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuşdur.
Fəaliyyəti Sahibkarlıq Rövşən Tağıyev 2000-ci illərdə Naxçıvan Daxili işlər orqanlarında xidmətə başlamış, 2009-cu ildə isə öz xahişi ilə xidmətdən ayrılaraq Bakı şəhərinə köçmüş, burada sahibkarlıq fəaliyyətinə başlamış, eyni zamanda ictimai fəaliyyətlə məşğul olmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində fəaliyyətə başlamış və 2017-ci ildə öz ərizəsi ilə işdən ayrılmışdır.
Rövşən Tağıyev 2010-cu ildə "Kral Rent a Car" avtomobil icarəsi şirkətini təsis etmişdir. Sonradan şirkət turizm, təbabət və media kimi sektorları özündə birləşdirərək 2017-ci ilin aprel ayında "Kral Group" olaraq fəaliyyətini genişləndirmişdir. 2012-ci ildə media orqanı kimi "Hürriyyət Azərbaycan", 2017-ci ildən turizmin inkişafında dövlətə dəstəyi ilə rol oynamış "Kral Turizm" fəaliyyətə başlamışdır. 2020-ci ildən "Kral Təbabət" fəaliyyətə başlamışdır. Qurum bel-onurğa xəstəliklərinin əməliyyatsız müalicəsini həyata keçirir. "Kral Təbabət" əməkdar həkim-terapevt Asəf Tağıyevin rəhbərliyi altında fəaliyyət göstərir. Bundan başqa, "Kral SR construction" tikinti sahəsi üzrə fəaliyyət göstərir.
İctimai fəaliyyəti Rövşən Tağıyev 2011-ci ildən başlayaraq hər il Türkiyədə "Xocalıya ədalət" həftəsi tədbirində aktiv iştirakçısı olmuşdur. "Xocalıya ədalət" kompaniyasında Xocalı soyqırımı haqqında Türkiyə mediası və "İslahatçı Gənclər" Birliyi ilə birlikdə müxtəlif universitetlərdə, şəhərdə təbliğatı aparmağa başlamışdır. Həmin illərdən başlayaraq sosial vəziyyəti yaxşı olmayan insanlara yardımlar etmiş, həmçinin uşaq və qocalar evlərinə dəstək göstərmişdir.
Rövşən Tağıyev 2016-cı il Aprel döyüşlərindən sonra xeyriyyəçilik fəaliyyətini şəhid ailələri və qazilərə yönəltmiş, onlara maddi və mənəvi kömək təmin etmişdir. Rövşən Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə getmiş, orduya maddi və mənəvi dəstək vermişdir. Müharibə bitdikdən sonra xeyriyyəçilik fəaliyyətini şəhid ailələrinə və qazilərə ayırmışdır.
Rövşən Tağıyev 1 aprel 2025-ci il tarixli, "Reytinq naminə verilən qurban" başlıqlı məqalədə müasir medianın yüksək reytinq və klik qazanmaq üçün cəmiyyətdə dəyərləri zəiflədən, sensasiya və provokasiya xarakterli məzmuna üstünlük verdiyini iddia etmiş, media və sosial platformaların təqdim etdiyi absurd və təxribatçı başlıqların cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir göstərdiyini bildirmişdir. O, medianın və texnologiyanın inkişafının cəmiyyətə faydalı ola biləcəyi, lakin yalnız dəyərlərə sadiq qalan məzmun təqdim edildikdə belə mümkün olacağını vurğulamışdır.
2025-ci ilin noyabrında Rövşən Tağıyev dövlət qurumundakı korrupsioner bir məmurun barəsində aidiyyatı orqana göndərmişdir.dövlət https://milletinsesi.info/az/article/105621 Şikayətdən 3 gün sonra "Teleqraf" saytında iddia edilmişdir ki, Rövşən Tağıyev "Kral Group" adlı şirkətin təsisçisidir və şirkətin dövlətə 48561 AZN vergi borcu yaranmışdır. Tağıyev bu iddianı təkzib etmiş və bildirmişdir ki, onun təsisçisi olduğu şirkət "Kral Group" yox, "Kral şirkətlər qrupu"dur və "Kral Group MMC" adlı hüquqi şəxs ilə heç bir əlaqəsi yoxdur. O, saytın "yalan və mənfi məlumatları" sifariş əsasında tirajlandığını əlavə etmişdir.
Siyasi fəaliyyəti Rövşən Tağıyev 1 sentyabr 2024-cü ildə keçirilən Milli Məclisə seçkilərdə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdür. Onun namizədlik platforması vətəndaşların sosial problemləri, təhsil, səhiyyə, mədəniyyət və gənclərlə bağlı məsələləri əhatə etmişdir.https://azxeber.com/az/rvsen-taiyev-milli-meclise-genc-cevik-ve-xalq-ucun-real-is-grmek-isteyi-olan-sexsler-secilmelidir/secki2024/test Seçkinin nəticəsində sözügedən dairədən Rasim Musabəyov seçilmişdir. Tağıyev 1214 səs toplayaraq üçüncü yeri tutmuşdur.
Təltif və mükafatları "İslahatçı Gənclər" İctimai Birliyi 2013-cü ildə "Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə" Rövşən Tağıyevə fəxri diplom təqdim etmişdir. Tağıyev "cəmiyyətin rifahı üçün göstərdiyi xidmətlərə görə" 2013-cü ildə Şimali Kipr Türk Respublikasında Avropa Qazeteçilər Dərnəyinin keçirdiyi mükafatlandırma mərasimində mükafata layiq görülmüş, həmçinin Azərbaycanda fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur. Rövşən Tağıyev 30 iyun 2022-ci ildə "Golden People Awards" layihəsində ilin uğurlu iş adamı nominasiyasına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan xeyriyyəçiləri