Elməddin Məmmədov () — Dhivehi Premyer Liqasında TC Sports Club-da qapıçı kimi çıxış edən azərbaycanlı futbolçu. O, Azərbaycanın gənclər (15, 17 və 19 yaşa qədər) və gənclərdən ibarət komandalarının rənglərini qoruyub.
Bioqrafiya 9 oktyabr 1995-ci ildə Bakıda anadan olub. 2003–2014-cü illərdə Bakı şəhəri 247 saylı orta məktəbdə təhsil alıb.
Karyerası Klub karyerası
Erkən karyerasl Futbola 9 yaşından yetirməsi olduğu AZAL klubunun uşaq futbol məktəbində başlayıb.
Peşəkar karyerası
AZAL O, futbolçu kimi peşəkar karyerasına 2011-ci ildə FK AZAL-ın əvəzedici heyətində başlayıb.
Alga Bişkek 2016–2017-ci illərdə karyerasında ilk dəfə legioner olur. Qırğızıstanın Premyer Liqa klubu — "Alqa" FK ilə illik müqavilə imzalayaraq. Qırğızıstan kubokunda da bir oyun keçir.
Tsxinvali 2018–2019 mövsümündə o, bir mövsüm Gürcüstanın birinci liqasının — "Tsxinvali" klubunda keçirib. Çempionatda 8 oyun keçirib. O, Gürcüstan kubokunda da bir oyun keçirib.
St. Andrews 2019–2020-ci illərdə 4 ay Malta çempionatının yüksək divizionunda çıxış edən "Sent Endryus" komandasında çıxış edib.Malta klubu azərbaycanlı futbolçu transfer edib
TC Sports Club 2020-ci ildə Məmmədov Maldiv təmsilçisi TC Sports Club ilə müqavilə imzalayıb.
Beynəlxalq karyerası
U-19 O, 22 mart 2013-cü ildə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Estoniyanın U17 gənclər yığması ilə yoldaşlıq görüşündə debüt edib. Matçın bütün 90 dəqiqəsini meydanda keçirdi.
İstinadlar
Xarici keçidlər
championat.com Азербайджанский голкипер — о своем дебюте: Попасть в сборную, играя на Мальдивах? Это невозможно. azerisport.com Эльмаддин Мамедов: "Болельщики на Мальдивах очень приветливы". br.az Elməddin Məmmədov Qırğızıstandan "Səbail"ə baxışa gəlməyə razı olmayıb. football-plus.az
Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular