Sədrlər və ya əl-Sədr () — Livan dakı Cəbəl Amil mənşəli Livan-İraq-İran ruhani şiə sülaləsi. Onlar Musəvi ailəsinin yeddinci şiə imamı Musa ibn Cəfərə qədər uzanan bir qoludur.

Tarix Sədrlər Livandakı Cəbəl Amildən olan Şərafəddin () ailəsinin qoludur. Şərafəddin ailəsinin özü də Nurəddinlər ailəsinin bir qoludur, nəslini Musa əl-Kazımdan (yeddinci şiə imamı) və onun vasitəsilə birinci İmam Əli ibn Əbu Talibə və Məhəmmədin (vəf.632) qızı Fatimeyi Zəhraya qədər uzanır. Sədrlər (Əs-Sədr) ailəsi İran, Livan və İraqda çoxlu İslam alimləri yetişdirmişdir, o cümlədən İsmayıl Sədr (vəf.1919-cu il) və onun nəvələri Musa Sədr (1978-ci ildə Liviyada itkin düşmüşdür) və Məhəmməd Baqir Sədrdir (vəf.1980-ci il).

Tanınmışların siyahısı Seyid Məhəmməd əs-Sədr, 1948-ci ildə İraqın baş naziri Sədrəddin ibn Saleh, 19-cu əsr İslam alimi İsmayıl Sədr, (1919-cu ildə vəfat edib), Sədrəddin ibn Salehin oğlu Məhəmməd əl-Sədr (1943-1999) Müqtəda əs-Sədr, (1973-cü il təvəllüdlü), Məhəmməd Sadiq Sədrin oğlu, İraqda böyük milislərə rəhbərlik edir Sədrəddin Sədr (1954-cü ildə vəfat edib) İsmayıl Sədrin oğlu İmam Musa Sədr, (1928-1978?), Sədrəddin Sədrin oğlu, Livan dini lideri Heydər Sədr, (1891-1937), İsmayıl Sədrin oğlu Məhəmməd Baqir əs-Sədr, (1935–1980), Heydər Sədrin oğlu və böyük İslam mütəfəkkiri; "Üçüncü şəhid" və ya "I Sədr" kimi də tanınır. Əminə Sədr bint əl-Huda, Heydər əs-Sədrin qızı

Əcdadları Sədr ailəsinin əcdadı Seyid Saleh Musəvi Amili 27 nəsil boyu yeddinci şiə imamı Musa Əl-Kazimin nəslindən olub:

Seyid Saleh Məhəmməd İbrahim Zeynülabidin Əli Nurəddin Nurəddin Əli İzəddin Hüseyn Məhəmməd Hüseyn Əli Məhəmməd Tacəddin Məhəmməd Cəlaləddin Əhməd Həmzə Səədullah Həmzə Əbil Səadət Əbu Məhəmməd Mohammad Əbəl Həsən Əli Əbu Tahir Məhəmməd Tahir Hüseyn əl Qəti Musa əl Sani İbrahim əl Murtəza İmam Musa əl-Kazim İmam Cəfər əs-Sadiq İmam Məhəmməd əl-Baqir İmam Zeynülabidin İmam Hüseyn ibn Əli İmam Əli ibn Əbu Talib Məhəmməd peyğəmbər Mənbə:

İstinadlar

Xarici link Sədr nəslinin şəcərə ağacı revayatesadr.ir

Kateqoriya:Haşimilər Kateqoriya:Livan ailələri Kateqoriya:Musəvilər Kateqoriya:Ərəb dilində soyadlar