və ya doğum adı ilə – Yaponiya səyyahı və tədqiqatçısı. Tokuqava şoqunluğunun qulluqçusu olmuşdur. Yaponiyanın ən şimal torpaqları olan Ezo adasını və Kuril arxipelağını tədqiq etmişdir. Əsərlərində təxəllüsündən istifadə etmişdir.
Həyatı thumb|left|Kondonun Ezo, Karafuto və Çişima xəritəsi (1809).|200px Kondo 1771-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Şoqunluqda bir sıra kiçik vəzifələr tutduqdan sonra 1798-ci ildə bir neçə məmurla birlikdə Ezo adasını kəşf və tədqiq etməyə göndərilmişdir. O, dörd dəfə Ezoya və Kuril adalarına səfər etmiş, səfərlərinin birində Rusiyanın Kuril arxipelağına daxil olan İturup adası ilə bağlı ərazi payı iddiasına qarşı gələrək adanı Yaponiya torpağı elan etmiş, adadakı bir neçə rus sakinini əsir götürmüşdür. O, səfərləri zamanı yerli tacir Takataya Kaheyin köməkliyindən yararlanmışdır.
Kondo şoqunluğa "Henyo bunkay zuko" adlı memorialını və tərtib etdiyi Ezo xəritəsini göndərmiş, Ezonun kolonizasiyasının və ruslardan müdafiəsinin vacibliyini vurğulamışdır. Kuril adalarında yaşayan aynuların yaponlaşdırılmasında iştirak etmişdir. 1808-ci ildə şoqunluğun sənədlər üzrə müvəkkili elan olunmuşdur. Coğrafiya və milli müdafiə mövzularında yazmaqla yanaşı, şoqunluğun xarici əlaqələr üzrə sənədlər toplusu olan "Qayban tsuşo"nu və şoqunluq hüquqları toplusu olan "Kenkyo ruiten"i redaktə etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kondonun kitabı Viktoriya və Albert Muzeyində.
Kateqoriya:Yaponiya səyyahları Kateqoriya:Rusiya–Yaponiya münasibətlərinin tarixi Kateqoriya:Hokkaydo tarixi