Müşkülqazma — Azərbaycan Respublikasının Siyəzən rayonunun Sədan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Müşkülqazma kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Oykonim Müşkül (Müşkür tarixi adının təhrif forması) və qazma komponentlərindən düzəlib, "Müşkür düzündəki qazmalar" mənasındadır.
Əhalisi Əhalisinin sayı 10 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri