Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun Quləbənd kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.
Əhalisi Əhalisinin sayı 1080 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimikası Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ–sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
Həmçinin bax
Ucar rayonu
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri