– Yaponiyanın Toyama prefekturasının Takaoka şəhərində yerləşən fotoqrafiya muzeyi. Muzey kameraya və fotoqrafiyaya həsr olunmuşdur.
Tarixi Muzey 16 sentyabr 2000-ci ildə Toyama prefekturasının Fukuoka qəsəbəsində (indiki Takaoka şəhəri) açılmışdır. Tikinti işləri 5 aprel 1999-cu ildə başlamış və 25 iyul 2000-ci ildə yekunlaşmışdır. 2024-cü ildən muzeyin direktoru həvəskar fotoqraf Masahiro İşidodur.
Xüsusiyyətlər Muzey kamera, fotoqrafiya və videomədəniyyətə həsr olunmuşdur. Kolleksiya sərgiləri ilə yanaşı, muzeydə Nobuyoşi Araki, Mitsuaki İvaqo, Şinzo Maeda və Şotaro Akiyama kimi yerli fotoqrafların, eləcə də, xarici fotoqrafların işlərindən ibarət sərgilər keçirilir, fotoqrafiya müsabiqələri təşkil olunur. Muzey Nikon və Fujifilm fotomüsabiqələrinin qalibləri üçün keçirilən sərgilərə ev sahibliyi edir. Muzey kolleksiyasına müxtəlif ölkə, dövr və istehsalçıya aid olan 1000 kamera, 1000 kitab və 120 foto daxildir. 100–200 eksponatla keçirilən kolleksiya sərgiləri tarix, şəxs və funksiya mövzuları üzrə baş tutur.
Muzey binası memar Tadao Ando tərəfindən dizayn edilmişdir. Bu, Toyama prefekturasında Tadao Ando tərəfindən dizayn edilmiş yeganə tikilidir. İki mərtəbədən ibarət muzey binasının sahəsi 951,93 m², döşəmə sahəsi 1325,27 m² təşkil edir. Burada çoxməqsədli zal, xüsusi sərgi zalı, daimi sərgi zalı, təlim otağı, ofis, anbar, sərgi otaqları yerləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2000-ci ildə yaradılmış muzeylər Kateqoriya:2000-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Takaoka Kateqoriya:Toyama prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı fotoqrafiya muzeyləri