Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Yaylaqlar Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd.

Bulaqlar Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq.

Meşhur yerler Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr

Binələr–Qışlaqlar Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.

İstinadlar

Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri