Beynəlxalq cinayət hüququ () — beynəlxalq hüququn bir sahəsi olaraq, ən ciddi beynəlxalq cinayətləri müəyyən edir, bu cinayətlərin törədilməsinə görə fərdlərin hüquqi məsuliyyətini nəzərdə tutur və bu məsuliyyətin həyata keçirilməsi üçün mexanizmləri təmin edir.
Bu hüquq sahəsi müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırım və təcavüz cinayətləri kimi əməlləri əhatə edir və əsasən Beynəlxalq Cinayət Məhkəməsi () tərəfindən tətbiq olunur.
Beynəlxalq cinayət hüququnun əhəmiyyəti ondan ibarərdir ki, tarixdə törədilən ən dəhşətli cinayətlərə görə məsul şəxslər cəzalandırılır,Margaret M. DeGuzman,"Crimes Against Humanity" Research Handbook on International Criminal Law, Bartram S. Brown, ed., Edgar Elgar Publishing, 2011. hüquqi mexanizmlər potensial cinayətkarları çəkindirir və post-münaqişə dövrlərində hüququn tətbiqi cəmiyyətlərin barışmasına şərait yaradır.
Tarixi Beynəlxalq cinayət hüququnun tarixi, bəşəriyyətin ən ciddi cinayətlərə görə fərdləri məsuliyyətə cəlb etmək və beynəlxalq sülhü qorumaq məqsədilə hüquqi mexanizmlər yaratmaq cəhdləri ilə bağlıdır. Bu hüquq sahəsi, əsasən, dünya müharibələrinin yaratdığı dağıntılara cavab olaraq inkişaf etmişdir. Beynəlxalq cinayət hüququnun tarixi, insan hüquqlarının müdafiəsi və qlobal ədalətin təmin edilməsi istiqamətində mühüm bir inkişaf yolunu əhatə edir.
Qədim dövrlər Müxtəlif cəmiyyətlər arasında müharibə və sülh dövrlərində davranış qaydalarını müəyyən edən razılaşmalar mövcud idi."Criminal Justice" , International Center for Transitional Justice Məsələn, müharibə əsirlərinə hörmət göstərilməsinə dair qaydalar.
XVIII-XIX əsrlər 1864-cü il Cenevrə Konvensiyası — müharibə zamanı yaralılara və xəstələrə yardım göstərilməsi barədə ilk beynəlxalq sənəd. 1868-ci il Sankt-Peterburq Bəyannaməsi — müharibə zamanı həddən artıq zorakılıq tətbiqinin məhdudlaşdırılması.Article 5 of the Rome Statute . Accessed 20 March 2008.United Nations Department of Public Information, December 2002. The International Criminal Court . Accessed 5 December 2006. 1899 və 1907-ci il Haaqa Konvensiyaları — müharibə hüququ və humanitar hüququn əsaslarını müəyyən etdi.
Birinci Dünya müharibəsi sonrası Versal müqaviləsində (1919) Almaniya rəhbərlərinin beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlb olunması müzakirə edildi, lakin həyata keçirilmədi. Beynəlxalq Cinayət Məhkəməsi yaratmaq cəhdləri uğursuz oldu.
İkinci Dünya Müharibəsi sonrası Nürnberq və Tokio tribunalı (1945-1948) İlk dəfə beynəlxalq məhkəmələr vasitəsilə fərdlər soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb olundu. Nürnberq məhkəməsi, liderlərin fərdi məsuliyyətini vurğulayan yeni bir hüquqi yanaşma gətirdi:trial-ch.org . Accessed 13 August 2015. "Dövlətlərin deyil, fərdlərin məsuliyyəti vardır." Tokio tribunalı isə Asiya-Sakit okean regionunda müharibə cinayətlərinə görə məsuliyyəti araşdırdı.Article 3 of the Rome Statute . Accessed 20 March 2008.
1948-ci ildə Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya qəbul edildi. Beynəlxalq cinayətlər üzrə yeni hüquqi mexanizmlər yaradıldı.
Soyuq müharibə sonrası dövr Yuqoslaviya müharibələri zamanı törədilən cinayətlərə görə məsuliyyətə cəlb olundu. Bu tribunalar, müasir beynəlxalq cinayət hüququnun inkişafında mühüm rol oynadı.International Criminal Court is sometimes abbreviated as ICCt to distinguish it from several other organisations abbreviated as ICC. However, the more common abbreviation ICC is used in this article. 1998-ci ildə qəbul edilən Roma Statutu, 2002-ci ildə qüvvəyə mindi. ICC, soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərini araşdırmaq və məsuliyyətə cəlb etmək üçün yaradıldı.Amnesty International (11 April 2002). "The International Criminal Court – A Historic Development in the Fight for Justice" . Retrieved 20 March 2008.
Müasir dövr (XXI əsr) Dövlətlər, beynəlxalq cinayətlərin cəzasız qalmaması üçün öz milli qanunvericiliklərində universal yurisdiksiya prinsipini tətbiq etməyə başladılar. Məsələn, bəzi ölkələrdə digər dövlətlərin vətəndaşları belə beynəlxalq cinayətlərə görə mühakimə oluna bilər. Məhkəmə qərarları beynəlxalq münasibətlərdə təsirli olmağa başlamışdır.Articles 12 & 13 of the Rome Statute . Accessed 20 March 2008. Məsələn, Sudan Prezidenti Ömər əl-Bəşir və ya Liviyanın keçmiş lideri Müəmmar Qəzzafi kimi şəxslərin ICC tərəfindən ittiham edilməsi.Article 17 of the "Rome Statute" . Retrieved 20 March 2008.Article 20 of the "Rome Statute" . Retrieved 20 March 2008.
Əsas beynəlxalq cinayətlər Soyqırım () — müəyyən bir etnik, dini, milli və ya irqi qrupun tamamilə və ya qismən məhv edilməsi məqsədilə törədilən hərəkətlər.International Criminal Court. Office of the Prosecutor. Accessed 21 July 2007. Məsələn, 1994-cü ildə Ruandada Hutu hökumətinin Tutsi qrupuna qarşı törətdiyi cinayətlər. Müharibə cinayətləri () — silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi pozuntuları, məsələn, mülki əhalinin məqsədli öldürülməsi və ya əsirlərə işgəncə verilməsi. İnsanlıq əleyhinə cinayətlər () — müharibə ilə bağlı olmadan mülki əhalinin genişmiqyaslı və ya sistematik şəkildə hücuma məruz qalması. Məsələn, kütləvi qətllər, köləlik, deportasiya və ya işgəncə.
Xüsusiyyətləri Dövlətlərdən fərqli olaraq, beynəlxalq cinayət hüququ fərdləri məsuliyyətə cəlb edir. Bu, xüsusilə liderlər və hərbi komandirlər üçün keçərlidir. Cinayətin hansı ölkədə törədilməsindən asılı olmayaraq, beynəlxalq cinayət hüququ tətbiq edilə bilər. Beynəlxalq cinayət hüququ, həm beynəlxalq tribunalarda, həm də milli məhkəmələrdə tətbiq oluna bilər. Yalnız beynəlxalq sülhə və insanlığa qarşı ən ciddi təhdidlər bu hüquq sahəsinə daxil edilir.
İstinadlar
Biblioqrafiya John E. Ackerman and Eugene O'Sullivan, Practice and Procedure of the International Criminal Tribunal for the Former Yugoslavia with selected materials from the International Criminal Tribunal for Rwanda. The Hague etc.: Kluwer Law International, 2002, xxi + 555 pp. (fr) Jean Albert (dir.), L'avenir de la justice pénale internationale, Institut Presage, Bruylant, 2018, 383 p. () Daniele Archibugi and Alice Pease, Crime and Global Justice. The Dynamics of International Punishment. Cambridge: Polity Press, 2018, 288 pp. .
Xarici keçidlər
The International Criminal Court The Hague Justice Portal publishes developments in The Hague courts, tribunals and organisations including the International Court of Justice, the Permanent Court of Arbitration, the International Criminal Tribunal for the former Yugoslavia, and the International Criminal Court. – provides access to several databases on human rights and international criminal law. Cambodia Tribunal Monitor Justice in Conflict, prominent international criminal law blog covering current developments, often cited in media including the Washington Post. Peace Palace Library - Research Guide
Kateqoriya:Beynəlxalq cinayət hüququ Kateqoriya:Beynəlxalq hüquq