250px|thumb|right|Azərbaycanda bir kondisioner.

İnvertor kondisioner və ya inverter kondisioner — kompressor elektrik mühərriki fırlanma tezliyini dəyişdirən və inventordan istifadə edərək gücü tənzimləyən kondisioner.

İnverter kondisionerlər öz strukturları və iş prinsipləri ilə adi modellərdən fərqlənir. Bu cihazlar otaq temperaturunu izləyən mikrosxemlər və prosessorla təchiz olunub. Prosessor vasitəsilə tənzimlənən temperatur dəqiq şəkildə müəyyən edilmiş səviyyədə saxlanır. İnvertor adlandırılmasının əsas səbəbi cihazın soyutma və isitmə rejimləri arasında çevik keçid etmə qabiliyyətidir. İnvertor kondisionerlər iki əsas blokdan ibarətdir: otaqda quraşdırılan daxili blok və çölə yerləşdirilən xarici blok.

Xüsusiyyətləri İnvertor kondisionerlər bir sıra üstünlükləri ilə seçilir. İlk növbədə, müəyyən edilmiş temperaturu 0,5 dərəcə dəqiqliyi ilə sabit saxlamaq qabiliyyətinə malikdir. Bununla yanaşı, bu cihazlar enerji səmərəliliyi ilə fərqlənir və adi kondisionerlərlə müqayisədə elektrik enerjisinə 30%-ə qədər qənaət edə bilir. Əlavə olaraq, invertor kondisionerlər daha az səs-küy yaradır və bu, istifadəçilər üçün əlavə rahatlıq təmin edir. Onların digər üstünlüyü aşağı temperatur şəraitində də işləyə bilməsidir. Buna baxmayaraq, sözügedən texnologiyanın yalnız iki əsas məhdudiyyəti var. Birincisi, invertoer kondisionerlərin yüksək qiymətidir, ikincisi isə bu cihazların gərginlik artımlarına qarşı həssas olmasıdır. Bu, enerji təchizatının sabit olmadığı yerlərdə çətinlik yarada bilər.

İstinadlar

Kateqoriya:İstilik texnikası Kateqoriya:Soyuducu texnika Kateqoriya:Məişət texnikası