Şimali Qara dəniz regionunda Genuya koloniyaları və ya Qazariya () — XIII əsrin ortalarından XV əsrin sonlarına qədər Krımda və Qara dəniz sahillərində, indiki Rusiya, Ukrayna və Rumıniyada yerləşən Genuya Respublikasının kolonial mülklərinə verilən ad.

Genuya hakimiyyətini konsul təmsil edirdi və Qazariyanın mərkəzi Krım yarımadasındakı Kəfə (indiki Feodosiyə) şəhəri idi. Qazariya adı Xəzəriyyədən götürülmüşdür, lakin xəzərlər bu regiona genuyalılar gəlməzdən xeyli əvvəl hökmranlığı dayandırmışdılar.

Tarixi Qazariya koloniyalarının yaradılmasının siyasi əsası 1261-ci il Nimfey üqaviləsi olmuşdur. Bu müqavilə ilə Nikeya imperatoru Mixail Paleoloq genuyalılara "Mare Maius" (Qara dəniz) regionunda ticarət etməyə eksklüziv hüquq vermişdir. Nəticədə, 1266-cı ildə Kəfə genuyalılara verilmiş və Qazariya mülklərinin mərkəzi olmuşdur.Из истории средневекового Крыма: высшие официалы генуэзской Кафы перед судом и наветом: [О консулах — высших должностных лицах генуэзской колонии в Причерноморье] / С. П. Карпов // Отечественная история. — 2001. — N 1. С. 184–187.

1308-ci ildə Qızıl Orda monqolları Toxtamış xanın komandanlığı altında uzun bir mühasirədən sonra Kəfəni ələ keçirdi. Beş il sonra genuyalılar Toxtamışdən sonra gələn Özbək xandan koloniyalarını geri almağı bacarmışdılar. 1313-cü ildə şəhəri geri aldıqdan sonra Genuya koloniyanın idarəsini daha strukturlu şəkildə təşkil etmişdir.А. Р. Андреев. История Крыма. — , "Монолит-Евролинц-Традиция", серия "История и страна", 2002. С. 45

1347-ci ildə Canıbəyin rəhbərliyi altında olan Qızıl Orda Kəfəni yenidən mühasirəyə almışdır. Anonim bir xronikada qeyd edilmişdir ki, mühasirəçilər ölü müdafiəçilərin cəsədlərini şəhər divarlarının içərisinə katapultlarla atırdılar. Bu müdafiəçilər Şərqdən yayılan bir xəstəlik olan Qara ölüm (vəba) səbəbindən həlak olmuşdular. Kəfənin sakinləri mümkün olan ən qısa zamanda cəsədləri dənizə atırdılar, lakin buna baxmayaraq, xəstəlik yayılmışdı. Qara ölüm genuyalıların geniş ticarət şəbəkəsinə daxil olmuşdur və bu şəbəkə bütün Aralıq dənizini əhatə edirdi. 1347-ci ilin payızında Kəfədən yola çıxan ticarət gəmilərində xəstəlik Avropada ilk Konstantinopola çatmış və daha sonra Mesina vasitəsilə bütün Avropaya yayılmışdır.

1453-cü ildə Konstantinopolun süqutundan sonra Genuya Qazariyanın suverenliyini Müqəddəs Georgi Bankına təhvil vermişdir, çünki bunun tək başına türklərə qarşı müqavimət təşkil edə biləcək yeganə qurum olduğunu düşünmeşdülər, lakin bu ərazilər 1474-cü ildə Osmanlı imperiyası tərəfindən ələ keçirilmişdir.Мартин Броневский. Описание Крыма (Tartariae Descriptio) — Записки Одесского общества истории и древностей. Том VI. 1867. — С. 344

İdarəetmə Qanunverici səlahiyyət "Officium Gazarie"yə verilmişdir. Bu, altı aylıq müddət üçün vəzifədə qalan səkkiz magistratdan ibarət idi və onlar həm də öz varislərini təyin edirdi. İcra hakimiyyəti Kəfə konsuluna, bir il müddətinə xidmət edən və Genuya hökuməti tərəfindən təyin olunan bir katib və ya kanslerə həvalə olunmuşdur. Seçilmiş 24 üzvdən ibarət şura bir il müddətinə xidmət edirdi. Bunların yarısı zadəganlar, yarısı isə tacir və ya ustalardan ibarət idi. Onlardan dördü Genuya vətəndaşlığı qazanmış yerli sakinlər ola bilərdi. Ən sonda, şura 24 nəfərlik şuradan kənar altı üzvdən ibarət məhdud bir şura seçmişdir. Koloniyanın digər şəhərləri Kəfənin idarəetməsinə tabe olan və ona bənzər idarəedici orqanlara malik idi.Кулаковский Ю. А. "[Прошлое Тавриды: Краткий исторический очерк]" (Киев, 1906; 2-е изд., доп. — Киев, 1914. Глава XV)

1341-ci ildən etibarən, Genuya Qazariyasında qüvvədə olan qanunlar "Liber Gazarie"də toplanmışdır. Bu, hazırda Genuya Dövlət Arxivində saxlanılır. Kolleksiya daha sonra 1441-ci ildə "Statuta Gazarie" adı ilə yenilənmişdir.Катюшин Е. А. Феодосия. Каффа. Кефе: Исторический очерк. — Феодосия: Издат. дом "Коктебель", 1998.

Qazariyanın vergi gəlirləri koloniyanın müdafiəsi üçün xərcləri qarşılayan dövlət kreditorlarının assosiasiyası olan "compera di Gazaria"ya təyin edilmişdi. Əslində, "compera" Qazariyanın vergi sistemini idarə edən Müqəddəs Georgi Bankına məxsus idi.Типаков В. А. Общины Готии и Капитанство Готии в уставе Каффы 1449 г. — Культура народов Причерноморья. 1999. N6. С. 218–224

Koloniyalar Krımda: Kəfə Çembalo Soldayya Vosporo Sarsona Qotiya kapitanlığı

Qərbi Qara dəniz regionunda (Ukrayna və Rumıniya):

Maurokastro qalası (Bilqorod-Dnistrovski) Ginestra qəsri Likostomo qalası (Kiliya) Kostansa Kaladda

Taman yarımadası və Tanaisdə (Rusiya):

Tana (Azov) Matreqa (Tmutarakan) Kopa (Slavyansk-na-Kubani) Mapa (Anapa) Batariyo (Novorossiysk) Kosta və Layso (Soçi)

Gürcüstanda (Abxaziya) Kakari (Qaqra) Santa-Sofiya (Alaxadzı) Pesonka (Pitsunda) Kavo-di-Bukso (Qudauta) Nikosiya (Yeni Afon) Sevastopol (Suxumi)

Gürcüstanda (Acarıstan) Lo Bati (Batumi)

İstinadlar

Kateqoriya:Genuya Respublikası Kateqoriya:Krım tarixi Kateqoriya:Keçmiş müstəmləkələr Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Ukrayna orta əsrlərdə Kateqoriya:Rusiya orta əsrlərdə