Texnorealizm — insanların gələcəyini daha çox idarə edə bilməsi üçün texnologiyanın sosial və siyasi təsirlərini qiymətləndirərək texnoutopizm və neoluddizm arasında orta yol tapmağa çalışmaq cəhdi. Texnorealizmin 1990-cı illərin əvvəllərində ortaya çıxdığı və Duqlas Raşkof və Endryu Şapiro tərəfindən yaradıldığı bildirilir. Bu termini yeni nəsil mədəni tənqid kimi təsvir edən "Texnorealizm" manifestində məqsədin texnologiyanı təşviq etmək və ya rədd etmək deyil, tətbiqin əsas insan dəyərləri ilə uyğunlaşdırılması üçün onu başa düşmək olduğu ifadə edilir. Texnorealizm təklif edir ki, texnologiya nə qədər inqilabi görünsə də, bəşəriyyət tarixi boyu oxşar inqilabların davamı olaraq qalır.
İstinadlar
Kateqoriya:Texnologiya sistemləri Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:Texnologiya neologizmləri Kateqoriya:Elm və texnologiya etikası