thumb|Rus Evi Rossotrudniçestvonun Azərbaycan Respublikasındakı nümayəndəliyi () və ya daha çox tanınan adı ilə Rus Evi () — 3 iyul 1997-ci ildə Azərbaycan ilə Rusiya arasında imzalanmış sazişə uyğun olaraq yaradılmış informasiya və mədəniyyət mərkəzi. Mərkəz Rusiya Federasiyasının Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərir və onun fəaliyyəti MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlik (Rossotrudniçestvo) tərəfindən dəstəklənir. Baş ofisi Bakıda, Üzeyir Hacıbəyov küçəsində yerləşir. Xaçmaz və Gəncədə də əlavə mərkəzləri mövcuddur.
Mərkəzin əsas fəaliyyət istiqamətlərinə rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa yardım, tarixi və xatirə tədbirləri daxildir. Mərkəz həmçinin Rusiya Federasiyası Hökumətinin kvotasına əsasən xarici vətəndaşlar üçün Rusiya ali məktəblərinə qəbul müsabiqəsinin birinci mərhələsinin həyata keçirilməsinə cavabdehdir.
Mərkəzin rəhbəri 2020-ci ilin dekabrından bəri İrek Zinnurovdur. Azərbaycanın hökumətyönlü özəl yayım kanalı Baku TV 24 yanvar 2025-ci ildə yayımladığı reportajda Rus Evini "Rus Kəşfiyyat Evi" adlandıraraq mərkəzi casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edib. Rossotrudniçestvonun rəhbəri Yevgeni Primakov Telegram kanalında buna cavab olaraq məhkəmə iddiası qaldıracağını bildirib.
2025-ci ilin fevralında "Rus Evi"nin binası Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Həmçinin təşkilatın qeydiyyatdan keçmədiyi bildirilib.
2025-ci 11 fevral tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq Rus Evi fəaliyyətini dayandırmaq üçün tədbirlər görür. 2025-ci ilin sonunda Rus Evinin ləğvetmə prosesi tam başa çatıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan–Rusiya münasibətləri Kateqoriya:1997-ci ildə Azərbaycanda yarananlar