Əbu Bəkr Şəmsül-Əimmə Məhəmməd ibn Əhməd ibn Əbi Səhl əs-Səraxsi (; ) — "Əl-Məbsut" əsərinin müəllifi olan hənəfi hüquqçusu.

Həyatı

Mənşəyi Künyəsi "Əbu Bəkr"dir. Türkistanda yetişən İslam alimlərindən olub, 1010-cu ildə Sərəxsdə dünyaya gəlmişdir. Ona Sərəxs şəhərinə izafədən Səraxsi deyilmişdir. Sərəxs, Türkistanda Məşhəd ilə Mərv arasında köhnə bir şəhər olub, bu gün İran və Türkmənistan sərhədi üzərindədir.

Təhsili Əbu Bəkr Səraxsi təhsilini Buxarada aldı. Fiqh elmini zamanının ən məşhur alimlərindən olan Halvanidən öyrəndi. Uzun illər bu müəlliminin dərslərinə iştirak etdi, fiqh sahəsində dərin biliyə yiyələndi. Bu şəxsdən başqa, digər alimlərdən də dərs aldı. Dövlətlər hüququ barəsində alim və bu barədə rəhbəri Məhəmməd ibn Həsən əş-Şeybani tərəfindən yazılan əsərlərdə mütəxəssis olan Əbu Həsən Əli ibn Məhəmməd ibn Hüseyndən və Əbu Həfs Ömər ibn Mənsur əl-Bəzzardan dərs almışdır.

Səraxsinin ən başda gələn müəllimi Halvani Buxarada məşhur hənəfi məzhəbi alimlərindən idi. Elmiylə, yaşayışıyla, tələbə yetişdirməsi ilə insanlığa çox xidmət edən bu müəllimindən sonra onun yerinə keçdi, elmdəki üstünlüyündən ötəri Səraxsiyə də Şəmsül-Əimmə (alimlərin, imamların günəşi) ləqəbi verilmişdir.

Səraxsi, kəlam və münazərə elmində də alim olub, çox ibadət edən zahid bir şəxs idi. Ömürü elm öyrənmək, öyrətmək və dinə xidmət etməklə keçmişdir. Bu barədə çox çətinliklərə dözmüş və çox mükəmməl əsərlər yazmışdır. Osmanlı şeyxül-islamı Kamalpaşazadə, Səraxsinin müctəhid fil-məzhəb təbəqəsindən (məzhəbdə müctəhid) olduğunu bildirmişdir.

Həbs edilməsi Səraxsinin həyatında əhəmiyyətli və çətin bir dövr olmuşdur. Bu dövr, çox sürən həbs həyatıdır. Dövrünün xaqanı Şəmsmülk Nəsr xana nəsihət etmiş, nəsihətləri xaqanın xoşuna gəlmədiyindən Şəmsmülk Nəsr xan tərəfindən həbs edilmişdir. Atıldığı həbsxanada bir quyuya bağlanmışdır. Uzun müddət, həbs edildiyi quyuda qalmışdır. Dibində otaq kimi kiçik bir yer olan bu quyuda belə elmi işlərini davam etdirmişdir. Yanında heç bir kitab yox idi. Lakin o, on iki min cüz kitabı əzbərləmişdi. Tələbələrinə, bu quyudaykən dərs verdi. Tələbələri quyunun başına toplanar, o da aşağıdan onlara dərs verərdi. Otuz cildlik "Məbsut" adlı məşhur əsərini, bu həbsliyi əsnasında, quyunun içindən çöldə olan tələbələrinə söyləmək surətiylə yazdırmışdır. Bu kitabı yazdırarkən heç bir qaynağa müraciət etməmiş, daha əvvəl öyrənmiş və əzbərləmiş olduğu məlumatlarla yazdırmışdır.

Səraxsi bir dəfə, soyuq səbəbi ilə elm oxumaq üçün dəstəmaz almayan tələbəsinə belə dedi:

Həbsinin son aylarında, məmləkəti vətəndaş müharibələri ilə qarışmışdı. Bu aralar, Məhəmməd ibn Həsən əş-Şeybaninin dövlətlərin ümumi hüququ ilə əlaqədar "Siyəri-Kəbir" adlı əsərini şərh etməyə başladı. Bu kitabı, dövlətlər hüququ sahəsində yazılan ilk əsərdir. 1087-ci il Rəbiül-əvvəlin 20-də həbsdən çıxarıldı. Həbsdən çıxaıldıqdan bir müddət sonra Fərqanəyə getdi. Fərqanə əmiri Həsən onu böyük bir məmnuniyyətlə qəbul etdi. Son illərini Fərqanədə keçirən Səraxsi, orada da alimlər və xalq tərəfindən çox sevilmiş, əhəmiyyətli məsələlər üçün müraciət mənbəyi olmuşdur.

Ölümü Səraxsinin ölümü tarixi haqqında mənbələrdə müxtəlif məlumatlar verilmişdir.

Tələbələri Səraxsidən Bürhanül-Əimmə Əbdüləziz ibn Ömər ibn Mazə, Mahmud ibn Əbdüləziz Özcəndi, Rüknəddin Məsud ibn Həsən, Osman ibn Əli ibn Məhəmməd Beykəndi fiqh elmini öyrənmişlər.

Əsərləri Sərxasinin əsərləri bunlardır:

Kitabül-Məbsut. Onun fiqhi mövzudakı 30 cildlik məşhur əsəri. Allamə Tarsusi bu haqqında demişdir:

Əşratüs-saat. Bu əsərini tələbəlik dövründə müəllimi Halvaninin qiyamət əlamətləri ilə əlaqədar dərsləri əsnasında tutduğu qeydlərdən yazmışdır. Şərhi-Ziyadatüz-ziyadat. Şərhi-Məscidül-Kəbir. Şərhi-Məscid-əsas-sağir. Şərhül-müxtəsər fil-fiqh. Şərhi-Siyəri-Kəbir. Məhəmməd ibn Həsən əş-Şeybaninin "Siyəri-Kəbir" adındakı məşhur əsərinə yazdığı şərhidir. Şərhi-müxtəsəri-Təhavi. Şərhi-kitabün-nəfəqat. Şərhi-Ədəbül-Qazi. Fəvaidül-fiqhiyyə. Kitabül-heyz.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları Kateqoriya:Müctəhidlər Kateqoriya:Hənəfilər