Marqaret Levi (; ) — Amerika siyasi alimi və yazıçısı. Levi müqayisəli siyasi iqtisadiyyat, əmək siyasəti və demokratik nəzəriyyə sahəsindəki işi, xüsusilə etibarlı hökumətin mənşəyi və təsirləri ilə tanınır.

Həyatı Margaret Levi 1968-ci ildə Brin Mar Kollecində siyasi elmlər üzrə bakalavr dərəcəsi almışdır. Brin Marda olarkən onu siyasi elmlərlə məşğul olmağa Elis Frey Emerson, Pol Brass və Piter Baxrax təşviq etmişdir. 1967-ci ildə o, Suortmor Kollecində dərs almış və orada Piter Katsenşteyn və Devid Leytin ilə birlikdə oxumuşdur. Hər iki tələbə gələcəkdə tanınmış siyasi alimlər olmuşdur.

Marqaret Harvard Dizayn Məktəbində şəhər və regional planlaşdırma üzrə doktorantura təhsilinə başlamışdır. Lakin bu təhsilini yarımçıq qoymuş və daha sonra Harvard Universitetinə qayıdaraq siyasi elmlər üzrə doktorantura təhsili almışdır. Onun siyasi elmlər sahəsindəki tədqiqatlarına Maykl Lipski, Robert Foqelson və Edvard Benfild təsir göstərmişdir.

Margaret Levi 1974-cü ildə Harvard Universitetində doktorantura təhsilini başa vurduqdan sonra Vaşinqton Universitetinin (UW) professor heyətinə qoşulmuşdur. Onun ilkin tədqiqatları şəhər siyasətinə yönəlmişdir. Vaşinqton Universitetində bir neçə il ərzində Duqlas Nort ilə birlikdə dərslər keçmişdir.

Mükafatları Marqaret Levi 2001-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, 2002-ci ildə Con Saymon Quqqenhaym Təqaüdçüsü, 2015-ci ildə isə Milli Elmlər Akademiyasının üzvü olmuşdur. 2004–2005-ci illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır.

2014-cü ildə o, siyasi elmlər sahəsində Uilyam Rayker mükafatına layiq görülmüşdür. 2017-ci ildə Amerika Siyasi və Sosial Elmlər Akademiyasının üzvü seçilmişdir. 2018-ci ildə Amerika Fəlsəfi Cəmiyyətinin, 2022-ci ildə isə Britaniya Akademiyasının üzvü seçilmişdir.

Levi 2019-cu ildə Yohan Skaytte mükafatını qazanmışdır. 2020-ci ildə onun "icma taleyi" (community fate) ideyaları sosial elmlər və humanitar sahələr üzrə Falling Walls Breakthrough of the Year mükafatına layiq görülmüşdür. 2019-cu ildə III Karl adına Madrid Universiteti ona fəxri doktor dərəcəsi vermişdir.

Seçilmiş əsərləri A Moral Political Economy: Present, Past, and Future. 2021. Cambridge University Press. (written with Federica Caraguti) In the Interest of Others: Organizations and Social Activism. 2013. Princeton University Press. (written with John Ahlquist). "Why We Need a New Theory of Government." 2006. Perspectives on Politics 4(1): 5–19. Cooperation without Trust? 2005. Russell Sage Foundation. (written with Karen Cook and Russell Hardin). "Organizing Power: Prospects for the American Labor Movement." 2003. Perspectives on Politics 1(1): 45–68. "The Economic Turn in Comparative Politics." 2000. Comparative Political Studies 33(6/7): 822–844. "Political Trust and Trustworthiness." 2000. Annual Review of Political Science 3:475–507. (written with Laura Stoker). Competition and Cooperation: Conversations with Nobelists about Economics and Political Science. 1999. Russell Sage Foundation. (edited with James Alt and Elinor Ostrom). Analytic Narratives. 1998. Princeton University Press. (written with Robert Bates, Avner Greif, Jean-Laurent Rosenthal, and Barry Weingast). Trust and Governance. 1998. Russell Sage Foundation. (edited with Valerie Braithwaite). "Social and Unsocial Capital: A Review Essay of Robert Putnam's Making Democracy Work." Politics & Society 24(1): 45–55. Consent, Dissent, and Patriotism. 1997. Cambridge University Press. Marxism. 1991. Edward Elgar. (editor). The Limits of Rationality. 1990. University of Chicago Press. (edited with Karen Cook). Of Rule and Revenue. 1988. University of California Press. Bureaucratic Insurgency: The Case of Police Unions. 1977. Lexington Books.

İstinadlar

Ədəbiyyat Utter, Glenn H. and Charles Lockhart, eds. American Political Scientists: A Dictionary (2nd ed. 2002) pp 233–236.

Xarici keçidlər

Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:ABŞ politoloqları