Andrea Brear (Andrea Eberhard və Andrea Eberhard-Brear; ) — alman riyaziyyat tarixçisi və Çin riyaziyyatı üzrə ixtisaslaşmış sinoloq. O, Aleksandr von Humboldt adına Erlangen-Nürnberq Universitetinin Klassik dünya və Asiya mədəniyyəti kafedrasının çinşünaslıq üzrə professorudur.Prof. Dr. Dr. Andrea Bréard , auf sinologie.phil.fau.de, abgerufen am 20. Februar 2022

Təhsili və fəaliyyəti Brear 1991-ci ildə Münxen Texniki Universitetində riyaziyyat üzrə diplom almışdır. Çində Fudan Universitetində təhsilini davam etdirdikdən sonra 1997-ci ildə Eberhard Knobloxun rəhbərliyi altında Berlin Texniki Universitetində fəlsəfə doktorluğu dərəcəsi almaq üçün Almaniyaya qayıtmışdır. O, 1998-ci ildə Paris Didro Universiteti vasitəsilə Fransada ikinci dəfə doktorluq dərəcəsi qazanmışdır və 2008-ci ildə Berlin Texniki Universitetində habilitasiya ixtisasını bitirib.

1992-ci ildən 2004-cü ilə qədər Münhen Texniki Universitetində tədqiqatçı kimi çalışmışdır. 2005-ci ildən 2017-ci ilə qədər o, Fransanın Lill Universitetində müəllim kimi fəaliyyətini davam etdirib və eyni zamanda Fransa, Almaniya və ABŞ-da müxtəlif illərdə qısamüddətli vəzifələrdə çalışıb. 2017-2021-ci illərdə Paris-Saklay Universitetinin professoru, 2021-ci ildə Erlangen-Nürnberq Universitetində Humboldt professoru kimi fəaliyyət göstərmişdir.

Təltif və mükafatları

Brear 1998-ci ildə dissertasiyasına görə Fransız çincə tədqiqatlar assossasiyasının mükafatına layiq görülən iki nəfərdən biridir. O, 1999-cu ildə Beynəlxalq Elmlər Tarixi Akademiyasının gənc tarixçilər üçün nəzərdə tutulan mükafatının da laureatı olmuşdur. Brear 2015-ci ildə Beynəlxalq Elmlər Tarixi Akademiyasının müxbir üzvü seçilmişdir. 2021-ci ildə Leopoldina Almaniya Milli Elmlər Akademiyasına üzv seçilmişdir.Prof. Dr. Dr. Andrea Bréard , auf sinologie.phil.fau.de, abgerufen am 20. Februar 2022

Kitabları

Re-Kreation eines mathematischen Konzeptes im chinesischen Diskurs: "Reihen" vom 1. bis zum 19. Jahrhundert [Re-creation of a mathematical concept in Chinese discourse: "Series" from the first to the nineteenth century] (dissertation, TU Berlin, 1997; Boethius: Texte und Abhandlungen zur Geschichte der Mathematik und der Naturwissenschaften, vol. 42, Franz Steiner Verlag, 1999) Reform, Bureaucratic Expansion and Production of Numbers: Statistics in Early 20th Century China (Habilitationsschrift, TU Berlin, 2008) Nine Chapters on Mathematical Modernity: Essays on the Global Historical Entanglements of the Science of Numbers in China (Transcultural Research—Heidelberg Studies on Asia and Europe in a Global Context, Springer, 2019) Li Shanlan. Catégories analogues d'accumulations discrètes. [Analogical categories of discrete accumulations] (Bibliothèque chinoise, vol. 40, Les Belles Lettres, 2023)

İstinadlar