Varlam Trifonoviç Topuriya (; ) — gürcü sovet-filoloqu, linqivist, folklorşünas. Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1944). Həyatı Varlam Topuriya ibtidai təhsilini Dzveli Senaki kəndindəki kənd məktəbində alıb. O, təhsilini 1918-ci ildə bitirdiyi Kutaisi Gürcü Gimnaziyasında davam etdirib ki, eyni ildə Tbilisi Dövlət Universiteti açılmışdı.

O, 1922-ci ildə Tiflis Dövlət Universitetinin filologiya fakültəsini dilçi ixtisası üzrə bitirib. Varlam Topuriya yeni təsis edilmiş universitetin ilk məzunlarından biri olub. 400px|thumb|left|Konfransdan sonra Gürcüstan Elmlər Akademiyasının binasında, 1945.Topuriya mərkəzdə ikinci sırada dayanıb. 1923-cü ildən elmi-pedaqoji işə başlayıb. Əvvəlcə Tiflis Pedaqoji İnstitutunda, Tiflis Dövlət Universitetində mühazirələr oxuyub. Sonra Kutaisi Pedaqoji İnstitutunda çalışıb. Kutaisidə işləyəndə onun tələbələri arasında XX əsr gürcü ədəbiyyatının ən görkəmli simalarından biri kimi qəbul edilən Lado Asatianidə olub. də var idi). Topuriyanın elmi-pedaqoji fəaliyyəti uzun illər Tbilisi Dövlət Universiteti ilə başlı olub. O, burada 1936-cı ildə 1966-cı ilə qədər çalışıb. 1945-ci ildən isə univerisitetdə gürcü dili kafedrasının müdiri vəzifəsini yerinə yetirib. O, həmçinin Dilçilik İnstitutunda da çalışıb. İnstitutda 1936-1966-cı illərdə Kartvel dilləri şöbəsinin müdiri, 1941-1943-cü illərdə İnstitutun direktor müavini, 1943-1949-cu illərdə direktor vəzifəsini tutub.

1935-ci ildə elmlər doktoru elmi adını almışdır.

1966-cı ildə vəfat etmiş Varlam Topuriya Didube panteonunda dəfn edilib.

Şəxsi həyatı Oğlu Quram Topuriya dilçidir (1930-2006).Аннотированный именной указатель . // :ru:Лингвистический энциклопедический словарь. / Под ред. В. Н. Ярцевой; Ин-т языкознания АН СССР. — : Сов. энцикл., 1990. — 682 с. — ISBN 5-85270-031-2.

Elmi maraqları Varlam Topuriya elmi-pedaqoji fəaliyyətinə 1923-cü ildə başlamışdır.

Dilçilik üzrə alim olan Varlam Topuriyanın elmi maraqları sırasına: kartvel dillərinin tarixi (fonetikası və söz yaradıcılığı), gürcü dialektologiyası, svan dilinin qrammatikası və Dağıstanın lak dili ilə bağlı araşdırmalar aparıb, əsərlərin ərsəyə gətirilməsi daxildir. O, svan mətn və folklorunu toplamış alimdir. Onun əsərləri əsasında bu dillərin tarixinin, fonetik sisteminin, qrammatik quruluşunun, dialektologiyasının, leksik tərkibinin, metodologiyasının, epiqrafikasının aktual nəzəri və praktiki məsələləri öz həllini tapıb. O, Lak dilini hərtərəfli öyrənmiş və ona çoxlu əsərlər həsr edib. O, svan dilinin elmi tədqiqində xüsusi xidmət göstərib (“Svan dili. I. Hissə”, 1930). Onun bilavasitə rəhbərliyi və həmmüəllifliyi ilə "Svan poeziyası"nın I cildi (1939) və "Svan nəsr mətnləri"nin (1939-1967) 3-cü cildi, "Gürcü dialektologiyası", cild. I (1961) işıq üzü görüb.

Topuriyanın elmi fəalliyyətində gürcü dillərinin fonetik uyğunluğu, söz əmələ gəlməsi, fel və isimlərin morfologiyası, ədəbi gürcü dilinin normallaşdırılmasının fundamental məsələlərini əhatə edən silsilə tədqiqatları xüsusilə diqqətəlayiqdir. Gürcü dilinin tədrisi üçün də metodika işləyib hazırlamışdır. Varlam Topuriya müasir gürcü ədəbi dilinin normalarının müəyyən edilməsi üzrə daimi dövlət komissiyasının üzvü, “Gürcü dilinin izahlı lüğəti”nin baş redaksiya heyətinin üzvü və III cildin redaktoru, həmçinin “Gürcü dilinin orfoqrafik lüğəti”, “Rusca-gürcücə lüğəti” və “Gürcücə-R” lüğətinin həmmüəllifi olub. O, həmçinin ali və orta məktəblər üçün dərsliklər müəllifidir. Topuriya özündən sonra zəngin və çoxşaxəli elmi irs qoyub. Gürcü dili, folkloru və linqvistika üzrə 150-dən çox əsərin müəllifidir. O, Gürcüstan Dövlət Mükafatı laureatı (1971) və Lenin ordeni və digər ordenlərlə təltif edilib.

İstinadlar

Xarici keçidlər Юбилей. Варлам Трифонович Топурия ვარლამ თოფურია (1901—1966)

Kateqoriya:Gürcüstan folklorşünasları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:SSRİ folklorşünasları Kateqoriya:Karveloloqlar Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Gürcüstan dilçiləri