thumb|18 avqust 2020-ci ildə "Shogakukan" nəşriyyatı tərəfindən buraxılmış birinci tankobon cildinin üzlüyü. Personajlar (soldan sağa): Hayter, Friren, Himmel və Ayzen. "Frieren: Beyond Journey's End" Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan manqa seriyasıdır. 28 aprel 2020-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmağa başlamışdır. İlk tankobon cildi 18 avqust 2020-ci ildə buraxılmışdır. 18 dekabr 2025-ci ilə qədər 15 tankobon cildi buraxılmışdır.

Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Elflər gec yaşlandığı üçün Frirenin 1000 ildən çox yaşı var və onun zaman qavrayışı adi insanlardan fərqlidir. Onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Qəhrəman Himmelin dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. Qitənin ən şimalında ruhların dincəldiyi yerin varlığını öyrənən Friren yeni səyahətə çıxmağa qərar verir. Onun bu səyahətinə şagirdi Fern və gənc döyüşçü Ştark da qoşulur. Friren yeni səyahəti zamanı keçmiş səyahətindən olan xatirələri yenidən yadına salır.

Manqa əsasında fərqli müəlliflər tərəfindən hazırlanmış 5 vanşot spin-off manqası "Shogakukan" nəşriyyatının "Sunday Webry" manqa vebsaytında 22–26 may 2023-cü ildə yayımlanmışdır: Kassan tərəfindən , Ren Miura tərəfindən , Jona tərəfindən , Kazumi Yamaquçi tərəfindən və Soiçi İqaraşi tərəfindən Bu manqaların fəsilləri "Shogakukan" nəşriyyatı tərəfindən 18 dekabr 2023-cü ildə adlı tək cild formatında buraxılmışdır.

"Madhouse" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 29 sentyabr 2023-cü ildən 22 mart 2024-cü ilə kimi yayımlanmışdır. İkinci mövsümün premyerası 2026-cı ilin yanvarında baş tutmuşdur.

Cild siyahısı

Qeydlər

İstinadlar

Fəsillər Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları