Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.
Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır.
Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır.
Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətində və mifologiyasında mühüm yer tutmuşdur.
Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir və günün uzunluğu cüzi də olsa artır. Ay ölçülərinə görə Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədə hər iki cismin uzaqlıq fərqi səbəbindən Günəş tutulması adlanan Ay diskinin Günəş diskini tam örtməsi hadisəsi baş verir. Ay tədricən Yerdən uzaqlaşdığı üçün uzaq gələcəkdə Yerdən görünən ölçüsü kiçiləcək və tam Günəş tutulması baş verməyəcəkdir.
Ayı öyrənmək üçün kosmosa buraxılan ilk kosmik gəmi, SSRİ-nin Luna proqramı çərçivəsində 1959-cu ildə Aya göndərilən Luna 1 kosmik gəmisidir. ABŞ tərəfindən Ayı öyrənmək üçün Apollon proqramı çərçivəsində 1968-ci ildə Apollon 8 kosmik gəmisi Aya göndərilmişdir. 1969–1972-ci illərdə Apollon proqramı çərçivəsində daha altı kosmik gəmi Aya göndərilmişdir. Aya uğurlu eniş həyata keçirən ilk insanlı kosmik gəmi Apollon 11 olmuşdur. Bu missiyalar nəticəsində Yerə Ay süxurlarından 380 kq nümunə gətirilmişdir. Bu nümunələr nəticəsində Ayın mənşəyi, daxili strukturunun quruluşu və geoloji inkişafı haqqında mühüm məlumatlar əldə olunmuşdur. 1972-ci ildə göndərilən Apollon 17 kosmik gəmisindən sonra Aya yalnız insansız kosmik gəmilər göndərilmişdir.
Etimologiyası Qədim türk dili … Köl Tigin koyn yılka yiti yigirmike uçdı. Tokuzunç ay iti otuzka yoğ ertürtümüz. Barkın bedizin bitigtaşın biçin yılka yitinç ay yiti otuzka kop alkdımız. …
Azərbaycan dili … Kültigin qoyun ilində (birinci ay) on yeddinci gündə öldü. Doqquzuncu ay iyirmi yeddinci gündə yas mərasimi təşkil etdik. Türbəsini, rəsmini və daş kitabəsini meymun ilində yeddinci ay iyirmi yeddinci gündə bitirdik. … Ay sözünün Orxon abidələrində işlənilməsinə örnək.
Ay sözünün mənşəyi qədim türk dilinə qədər dayanır. Hal hazırda da türk dillərində peykin adını bildirmək üçün Ay sözü işlədilir. Bu sözə Orxon abidələrində də rast gəlmək mümkündür. Yerin təbii peykini bildirmək üçün ingiliscə Moon sözündən istifadə olunur."Naming Astronomical Objects: Spelling of Names" . International Astronomical Union."Gazetteer of Planetary Nomenclature: Planetary Nomenclature FAQ" . USGS Astrogeology Research Program. Bu söz 1380-ci illərdə Mone sözünün inkişaf etməsi nəticəsində Moone şəklində yazılmağa başlanmışdı. Bu sözlər qədim ingiliscədə olan mōna sözündən qaynaqlanır ki, qədim ingiliscəyə qədim germancadakı mǣnōn sözündən keçmişdir. German dillərinə daxil olan ölkələrdə Ayı ifadə etmək üçün bu sözə yaxın yazılış formalarından istifadə olunur.Barnhart, Robert K. (1995). The Barnhart Concise Dictionary of Etymology. USA: Harper Collins. p. 487. ISBN 978-0-06-270084-1. Bədii ədəbiyyatda və elmi fantastika janrında Ayı ifadə etmək üçün ingiliscədə Luna sözündən də istifadə olunur.Oxford English Dictionary, 2nd ed. "luna", Oxford University Press (Oxford), 2009.
Bəzi dillərdə Ayın adını ifadə etmək üçün də işlənən Luna sözü latın mənşəlidir. Ayla bağlı bəzi terminləri ifadə etmək üçün işlədilən sözlərdən biri də Selena sözüdür. Selena sözünün işlənmə yerlərinə misal olaraq Selenoqrafiya (Ay xəritəçiliyi) və Selenafobiya (Aydan qorxu) sözlərini göstərmək olar."Oxford English Dictionary: lunar, a. and n.". Oxford English Dictionary: Second Edition 1989. Oxford University Press. Selena sözü qədim yunanca Ay mənasında işlənən Selene () sözündən qaynaqlanır. Selena yunan mifologiyasında Ay ilahəsi hesab olunurdu.Imke Pannen (2010). When the Bad Bleeds: Mantic Elements in English Renaissance Revenge Tragedy . V&R unipress GmbH. pp. 96–. ISBN 978-3-89971-640-5.
Formalaşması thumb|thumbtime=44|upright=1.5|350px|Ay səthinin formalaşmasını göstərən video. Müxtəlif yanaşmalara görə Ay Günəş sisteminin formalaşmasından 30–50 milyon il sonra, bundan təqribən 4,527 ± 0,010 milyard il əvvəl formalaşmışdır.Kleine, T.; Palme, H.; Mezger, K.; Halliday, A. N. (2005). "Hf–W Chronometry of Lunar Metals and the Age and Early Differentiation of the Moon". Science. 310 (5754): 1671–1674. Bibcode:2005Sci…310.1671K. doi:10.1126/science.1118842. PMID 16308422. Rik Karlson apardığı tədqiqatlar nəticəsində Ayın 4,4–4,45 milyard il aralığında nisbətən daha az yaşa sahib olduğunu qeyd etmişdir. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır.Binder, A. B. (1974). "On the origin of the Moon by rotational fission". The Moon. 11 (2): 53–76. Bibcode:1974Moon…11…53B. doi:10.1007/BF01877794. Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil.Stroud, Rick (2009). The Book of the Moon. Walken and Company. pp. 24–27. ISBN 978-0-8027-1734-4. Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur.Mitler, H. E. (1975). "Formation of an iron-poor moon by partial capture, or: Yet another exotic theory of lunar origin". Icarus. 24 (2): 256–268. Bibcode:1975Icar…24..256M. doi:10.1016/0019–1035(75)90102–5. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur. Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır. Bu fərziyyələrin əsas çatışmazlığı Yer və Aydakı çox yüksək impuls momentini asanlıqla izah edə bilməmələridir.Stevenson, D. J. (1987). "Origin of the moon–The collision hypothesis". Annual Review of Earth and Planetary Sciences. 15 (1): 271–315. Bibcode:1987AREPS..15..271S. doi:10.1146/annurev.ea.15.050187.001415. 250px|thumb|left|Ayın formalaşmasının ilkin dövrlərində mövcud olduğuna inanılan antik rift vadilərinin təmsili görünüşü. Hal hazırda Ayın formalaşması ilə bağlı ən geniş yayılmış fərziyyə Böyük toqquşma fərziyyəsidir. Bu fərziyyəyə görə Yer formalaşmasının ilkin dövrlərində təqribən Mars böyüklüyündə olan Teya planeti ilə toqquşmuşdur. Bu toqquşma nəticəsində Teya planeti parçalanmış, Yerin qabıq və mantiyasından bir hissə qoparaq Yer ətrafı orbitə saçılmışdır. Vaxt keçdikcə Yer ətrafı orbitə saçılan maddələr Yerin cazibə qüvvəsinin təsiri ilə birləşərək Ayı meydana gətirmişdir.Taylor, G. Jeffrey (31 December 1998). "Origin of the Earth and Moon" . Planetary Science Research Discoveries.
Böyük toqquşma fərziyyəsi mükəmməl olmasa da, Ayın formalaşması ilə bağlı məsələləri ən yaxşı şəkildə izah edir. Böyük toqquşma nəzəriyyəsi Bill Hertman, Rocer Filips və Cef Teylor tərəfindən ortaya atılmışdır.Dana Mackenzie (2003-07-21). The Big Splat, or How Our Moon Came to Be. John Wiley & Sons. pp. 166–168. ISBN 978-0-471-48073-0. Ayın formalaşması fərziyyəsində olduğu kimi böyük toqquşmaların Günəş sisteminin formalaşmasının ilkin dövrlərində digər Günəş sistemi planetlərinə də təsir etdiyi düşünülür. Bu toqquşmanın kompüterdə hazırlanmış simulyasiya modelləri həm Yer, həm də Ayın çox yüksək impuls momentini və Ayın nüvəsinin kiçikliyini izah edə bilir. Bu simulyasiya modelləri Ayın əsasən parçalanan Teyanın qalıqlarından meydana gəldiyini göstərir.Canup, R.; Asphaug, E. (2001). "Origin of the Moon in a giant impact near the end of Earth's formation". Nature. 412 (6848): 708–712. Bibcode:2001Natur.412..708C. doi:10.1038/35089010. PMID 11507633. Buna baxmayaraq aparılan son tədqiqatlar nəticəsində Ayın formalaşmasında daha çox Yerdən qopan hissələrin iştirak etməsi aşkarlanmışdır."Earth-Asteroid Collision Formed Moon Later Than Thought" . News.nationalgeographic.com. 28 October 2010.Touboul, M.; Kleine, T.; Bourdon, B.; Palme, H.; Wieler, R. (2007). "Late formation and prolonged differentiation of the Moon inferred from W isotopes in lunar metals". Nature. 450 (7173): 1206–9. Bibcode:2007Natur.450.1206T. doi:10.1038/nature06428. PMID 18097403."Flying Oceans of Magma Help Demystify the Moon's Creation" . News.nationalgeographic.com. Meteoritlərin tədqiq olunması nəticəsində məlum olmuşdur ki, daxili Günəş sisteminin digər kosmik cismlərindən olan Mars və Vestanın Yerdən fərqli Oksigen və Volfram izotop tərkibləri vardır. Buna baxmayaraq Yer və Ayın izotop tərkibləri təqribən eynidir. Mübahisəli olmasına baxmayaraq,Nield, Ted (2009). "Moonwalk (summary of meeting at Meteoritical Society's 72nd Annual Meeting, Nancy, France)". Geoscientist. 19: 8. baş vermiş böyük toqquşmadan sonra Yer və Ay arasındakı buxarlanmış şəkildə olan materialların qarışması nəticəsində hər iki kosmik cismdə də oxşar izotop tərkiblərinin formalaşdığı ehtimal olunur.Pahlevan, Kaveh; Stevenson, David J. (2007). "Equilibration in the aftermath of the lunar-forming giant impact". Earth and Planetary Science Letters. 262 (3–4): 438–449. arXiv:1012.5323free to read. Bibcode:2007E&PSL.262..438P. doi:10.1016/j.epsl.2007.07.055. thumb|200px|Apollon 17 missiyası çərçivəsində Yerə gətirilən Ay daşı. Həm böyük toqquşma, həm də toqquşmadan sonra ayrılan maddələrin Yerin orbitində toplanması nəticəsində çox böyük miqdarda enerji ortaya çıxdığı üçün Ayın formalaşmasının ilkin dövrlərində ərimiş formada olduğu düşünülür.Warren, P. H. (1985). "The magma ocean concept and lunar evolution". Annual Review of Earth and Planetary Sciences. 13 (1): 201–240. Bibcode:1985AREPS..13..201W. doi:10.1146/annurev.ea.13.050185.001221.Tonks, W. Brian; Melosh, H. Jay (1993). "Magma ocean formation due to giant impacts". Journal of Geophysical Research. 98 (E3): 5319–5333. Bibcode:1993JGR….98.5319T. doi:10.1029/92JE02726. O dövrdə mövcud olmuş olan Ayın səthinə Maqma okeanı adı verilmişdir. Ayın maqma okeanının dərinliyinin 500 kilometrdən Ayın radiusuna (1737 km) qədər ola biləcəyi təxmin edilir. Maqma okeanı soyuduqca qismən kristallaşdı və qatlara ayrılaraq geokimyəvi baxımdan ayrı olan Ay mantiyası və qabığını formalaşdırdı. Mantiyanın olivin, klinopiroksen və ortopiroksen minerallarının çökməsi nəticəsində meydana gəldiyi düşünülür. Maqma okeanının kristallaşmasının ¾-ü tamamlandıqdan sonra aşağı sıxlığı səbəbindən anortit mineralı çökməyərək səthə çıxmış və Ayın qabığını formalaşdırmışdır.Shearer, C.; et al. (2006). "Thermal and magmatic evolution of the Moon". Reviews in Mineralogy and Geochemistry 60: 365–518.