Vittoriya Farneze (; ) — Parma hersoqu I Ranuççionun qızı, IX Modena və Reccio hersoginyası.

29 aprel 1618-ci ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu I Ranuççio Farneze, anası isə məşhur italyan ailələrindən Marqarita Aldobrandinidir.

12 fevral 1648-ci ildəölən bacısının dul əri Modena hersoqu I Françesko d'Este ilə evləndirildi. Ancaq cəmi bir il sonra yeganə övladının doğuşu əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına isə onun şərəfinə Vittoriya adı verildi və uşaq 7 yaşında vəfat etdi.

Mənbə

Ədəbiyyat

Harrán, Don (2014). "Dedication and Labelling Practices in Seventeenth-Century Instrumental Music: the Case of Marco Uccellini". Royal Musical Association Research Chronicle. 45: 1–25. doi:10.1080/14723808.2014.887282. ISSN 1472-3808

İstinadlar

Kateqoriya:D'Este