Flamurtari FK () — Albaniyada futbol klubu. Albaniyanın Vlore şəhərini təmsil edir.

Klub hal-hazırda Albaniyanın yüksək liqası olan Albaniya Superliqasında çıxış edir.

Tarixi Flamurtari Futbol Klubu 23 mart 1923-cü ildə "Shoqëria Sportive Vlorë" adı ilə təsis edilmişdir. Klubun ilk prezidenti Milto Korçari olmuşdur. Əvvəlcə qeyri-rəsmi oyunlarla fəaliyyətə başlayan komanda, 1930-cu ildə Albaniya Futbol Federasiyasının təsisçilərindən biri olmuş və ilk rəsmi çempionatda iştirak etmişdir.

İlk rəsmi oyunu 6 aprel 1930-cu ildə "Skenderbeu Korçe" klubuna qarşı keçirilmiş və 2–0 hesablı qələbə qazanmışdır.

1946-cı ildə klubun adı "Flamurtari" olaraq dəyişdirilmişdir. 1951-ci ildə "Puna Vlore" adını almış, lakin 1958-ci ildə yenidən "Flamurtari" adına qayıtmışdır. Bu dövrdə klub bir neçə dəfə Albaniya Kubokunun finalına yüksəlmiş, lakin qalib gələ bilməmişdir.

1980-ci illər klubun "qızıl dövrü" hesab olunur. "Flamurtari", 1985–86 mövsümündə Albaniya çempionatında ikinci yeri tutur. Avrokuboklarda isə, UEFA Kubokunda Barselona ilə qarşılaşır. Vloredə keçirilən ilk oyunda 1–1 bərabərlik əldə edilir, Barselonada isə oyun, 0–0 hesablı nəticə ilə başa çatır. Lakin səfər qolu qaydasına əsasən "Flamurtari" turnirdən kənarlaşır.

1987–88 mövsümündə "Flamurtari", "Partizan" və "Vismut Aue" klublarını məğlub edərək, UEFA Kubokunun 1/16 finalına qədər irəliləyir. Klub, yenidən "Barcselona" ilə qarşılaşır. Barselonada 1–4 hesabı ilə məğlub olan "Flamurtari, Vloredə 1–0 hesablı qələbə qazansada, iki oyunun nəticəsində 2–4 hesabıyla məğlub olur və turnirdən kənarlaşır.

1990–91 mövsümündə "Flamurtari" ilk və yeganə Albaniya çempionluğunu qazanır. Eyni zamanda Albaniya Superkubokunu da qazanmışdır.

1990-cı illərin sonlarından etibarən "Flamurtari" maliyyə çətinlikləri ilə üzləşmiş və buda klubun nəticələrində eniş ilə müşahidə olunmuşdur.

2008–09 və 2013–14 mövsümlərində Albaniya Kubokunu qazanaraq uğurlarını davam etdirmişdir. 2021–22 mövsümündə Albaniya Birinci Liqasının çempionu olaraq Yüksək liqaya yüksəlir.

Stadion Klub ev oyunlarını 8200 nəfər tutumu olan "Flamurtari Stadionu"nda keçirir. "Flamurtari Stadionu" 1961-ci ildə inşa edilmiş və 1975-ci ildə yenidən qurularaq tutumu 11,000 nəfərə çatdırılmışdır. 1987-ci ildə "Barselona" ilə keçirilən UEFA Kuboku matçında stadionda 18,500 tamaşaçı iştirak etmişdir ki, bu da stadionun rekord göstəricisidir.

2004–2012-ci illər arasında stadion yenidən qurularaq oturacaqlı hala gətirilmiş və tutumu 8,200 nəfər olmuşdur. 2014-cü ildə isə UEFA tələblərinə uyğun olaraq əsas tribuna yenidən təmir edilmişdir.

Uğurları Albaniya çempionatı

Çempion: 1 dəfə (1990–91)

Albaniya Kuboku

Qalib: 4 dəfə (1984–85, 1987–88, 2008–09, 2013–14)

Albaniya Superkuboku

Qalib: 2 dəfə (1990, 1991)

Albaniya birinci liqası

Çempion: 1 dəfə (2005–06)

Albaniya İkinci Liqası

Çempion: 1 dəfə (2021–22)

İstinadlar

Kateqoriya:Albaniya futbol klubları