Azərbaycanın beynəlxalq təşkilatlarda üzvlüyü — 1991-ci ildə müstəqil olduqdan sonra Azərbaycanın rəsmi üzv kimi, müşahidəçi kimi və ya digər formatda iştirak etdiyi təşkilatlarda üzvlüyü.

Siyahı Təşkilatın xarakteristikasıAzərbaycanın rəsmi üzvü olduğu təşkilatlarAzərbaycanın müşahidəçi üzv olduğu təşkilatlarAzərbaycan iştirak etdiyi digər təşkilatlarBütün dünyaBirləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Dəniz Təşkilatı, İnterpol, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq standartlaşdırma təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı, UNESCO, BMT-in Sənaye İnkişafı Təşkilatı, Ümumdünya Poçt İttifaqı, Ümumdünya Gömrük Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Ümumdünya Meteorologiya Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Sülh Şurası, OPEC+ Ümumdünya Ticarət Təşkilatı, Qaz İxracatçısı Ölkələrinin Forumu, Aralıq Dənizi Parlament AssambleyasıİƏİT-in İnkişafa Kömək Komissiyası (iştirakçı), Bakı Təşəbbüs Qrupu (təşkilatın yerləşdiyi ölkə) Qeyri-rəsmi qruplar: Qlobal Cənub, Avropa və Şimali AmerikaAvropa Siyasi İcması, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT-in Avropa İqtisadi Komissiyası, Şərq Tərəfdaşlığı (Avropa Birliyi), Avropa Şurası Parlament Assambleyası (dondurulmuş fəaliyyət), Praqa prosesi, Euronest Parlament Assambleyası, UEFA, Bakı təşəbbüsü, Cənub Qaz Dəhlizi Məşvərət Şurası NATO: Sülh Naminə Tərəfdaşlıq, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Avro-Atlantik Tərəfdaşlıq Şurası, Dəniz Təhlükəsizliyi Mükəmməllik MərkəziAsiya və Avrasiyaİqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, BMT-in Asiya və Sakit okeanı regionu İqtisadi Komissiyası, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA), Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Asiya Parlament Assambleyası, TRASEKA, Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması (3+3), Lazurit yolu Beynəlxalq Nəqliyyat Dəhlizi, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi, Kəmər və Yol TəşəbbüsüCənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının Parlamentlərarası AssambleyasıŞanxay Əməkdaşlıq Təşkilatı (tərəfdaş)Türk dövlətləriTürk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası, TAKMKeçmiş Sovet dövlətlərinin təşkilatlarıMüstəqil Dövlətlər Birliyi, Dövlətlərarası Aviasiya Komitəsi, Avrasiya Patent Təşkilatı, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət GörüşüMüsəlman dövlətləriİslam Əməkdaşlıq Təşkilatı, D-8, İslam İnkişaf BankıLatın AmerikasıSakit okean Alyansı

Üzvlük müraciətləri və prosesləri 300px|thumb|right|BRICS xəritəsi. Azərbaycan daxil olmaqla, təşkilata qoşulmaq üçün müraciət edən ölkələr sarı rəngdə göstərilmişdir.

BRICS Azərbaycan 20 avqust 2024-cü ildə BRICS təşkilatına qoşulmaq üçün müraciət etdiyini bəyan etmişdir. Rusiya hökuməti bu müraciəti dəstəkləmişdir. Azərbaycanın əvvəlcə tərəfdaş dövlət statusu alacağı, tam üzvlük statusunun isə gələcəkdə veriləcəyi nəzərdə tutulur. Azərbaycanın Çinlə imzaladığı strateji tərəfdaşlıq sənədində (3 iyul 2024-cü il) də Azərbaycanın BRICS-ə üzvlük məsələsi qeyd edilmişdir.

Azərbaycandan keçən Orta Dəhliz və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi iqtisadi fürsətlər digər BRICS dövlətləri ilə əməkdaşlıqla birlikdə, Azərbaycanın neft və qaz ixracından asılılığını azalda bilər. Azərbaycan həm də BRICS-in Yeni İnkişaf Bankından ölkəyə investisiya gələcəyinə ümid edir.

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan 10 iyul 2015-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. 2024-cü ildə Azərbaycan bu təşkilata müşahidəçi üzv olmaq üçüm müraciət etmişdir. Təşkilata tam üzv olmaq üçün əvvəlcə müşahidəçi üzv olmaq lazımdır. Azərbaycanın Çinlə imzaladığı hərtərəfli strateji tərəfdaşlıq sənədində (23 aprel 2025-ci il) Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun artırılmasını dəstəklədiyi qeyd edilmişdir.

1 sentyabr 2025-ci ildə keçirilən ŞƏT sammitində Çin Azərbaycanın ŞƏT-in tamhüquqlu üzvü olmasını dəstəkləmişdir. Buna baxmayaraq, Hindistan Azərbaycanın müraciətini bloklamışdır. Buna cavab olaraq, Pakistan Ermənistanın tamhüquqlu üzv olmaq üçün müraciətini bloklamışdır.

1 sentyabr 2025-ci il ŞƏT sammiti çərçivəsində ŞƏT-in dialoq tərəfdaşı və müşahidəçi üzv statusları ləğv edilmiş, statuslara sahib olan ölkələrin hamısına, o cümlədən Azərbaycana yeni status — "ŞƏT tərəfdaşı" statusu verilmişdir. Azərbaycanın təşkilatda statusuStatusun vəziyyətiStatusun təsdiqlənməsiStatusun verilməsiDialoq tərəfdaşıKeçmiş status10 iyul 201514 mart 2016ŞƏT tərəfdaşıİndiki status1 sentyabr 2025Tamhüquqlu üzvPlanlaşdırılan statusgözləmədə

Ümumdünya Ticarət Təşkilatı Azərbaycan Ümumdünya Ticarət Təşkilatında (ÜTT) müşahidəçi üzvdür. Azərbaycanın bu təşkilatda rəsmi üzv olması üçün, 16 iyul 1997-ci ildən bəri ÜTT Katibliyində Azərbaycan üzrə işçi qrup fəaliyyət göstərir. Azərbaycanın Çinlə imzaladığı hərtərəfli strateji tərəfdaşlıq sənədində (23 aprel 2025-ci il) Çinin Azərbaycanın ÜTT-yə tezliklə üzv olmasını dəstəklədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə verdiyi müsahibədə Azərbaycanın bu təşkilata üzv olmağa tələsmədiyi, təşkilata üzvlüyün yerli istehsalçıların maraqlarına ziyan vurmamasının vacibliyi qeyd edilmişdir. ÖlkəÖlkənin ÜTT-yə daxil olmaq istəyən Azərbaycanla razılaşmasının əldə edildiyi ilTürkiyə2007Oman2008BƏƏ2008Gürcüstan2010Qırğızıstan2012Yaponiya2024Çin2025Honduras2025

Həmçinin bax Azərbaycan–ATƏT əlaqələri Avropa İttifaqı-Azərbaycan əlaqələri Azərbaycan–BMT əlaqələri Azərbaycan–NATO əlaqələri Azərbaycan-İƏT əlaqələri Azərbaycan–Türk Dövlətləri Təşkilatı münasibətləri Azərbaycanın D-8 təşkilatında üzvlüyü

İstinadlar

Kateqoriya:Ölkələrə görə beynəlxalq təşkilatlarda üzvlük Kateqoriya:Azərbaycanın xarici siyasəti