Səməd Abdullayev (Abdullayev Səməd Həmid oğlu; ) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943).
Həyatı Səməd Abdullayev 1920-ci ildə Ağdaş rayonunun Qolqətı kəndində anadan olmuş və şəhərdəki Pedaqoji Texnikumunda təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, tibbi xidmət üzrə təlim keçərək Şimali Qafqazda hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlamışdır.
Tibb xidmət starşinası Səməd Abdullayev, Kerç yarımadasına 1 noyabr 1943-cü il tarixdə desant çıxarılmasında iştirak etmiş, yaralı döyüşçülərə hərbi xidmətlə yanaşı düşmənə qarşı aparılan ağır əlbəyaxa döyüşdə bir neçə faşist əsgərini məhv etmiş və ağır döyüşlərin 5-ci günü həlak olmuşdur. Kerç şəhəri ətrafında dəfn edilmişdir.
Sovet İttifaqı Qəhrəmanı adı 17 noyabr 1943-cü ildə verilmişdir.
Ağdaşın Qolqətı kənd məktəbinə qəhrəmanın adı verilmişdir.
İstinadlar
Mənbə
9may.az. Qəhrəmanlar. Герои боёв за Крым. - Симферополь: Таврия, 1972. Герои Советского Союза. Краткий биографический словарь. Т.1. М., 1987 Золотые Звёзды Азербайджана. Баку, 1975 Кузьмин М.К. Медики—Герои Советского Союза. М.,1970 Сатрапинский Ф. Военные медики - Герои Советского Союза. Л., 1975
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Ağdaş rayonunda doğulanlar Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar