Quliyev Mehdi Nadir oğlu — Sovet İttifaqı Qəhrəmanı.

Həyatı Quliyev Mehdi Nadir oğlu 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.

M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır.

Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əsgər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər 9may.az. Qəhrəmanlar.

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Gədəbəy rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları