Qərb dünyası () — Conatan Nolan və Liza Coy tərəfindən yaradılan və ilk dəfə 2016-cı il oktyabrın 2-də "HBO" telekanalında nümayiş etdirilən ABŞ istehsalı distopik elmi-fantastik, vestern-dram janrında televiziya serialı. Ekran əsəri 1973-cü ildə Maykl Kraytonun müəllifi və rejissoru olduğu eyniadlı filmə və 1976-cı ildə istehsal edilmiş "Gələcəyin dünyası" ("Futureworld") filminə əsaslanır.

Hadisələr "Qərb dünyası" adlı, texnoloji cəhətdən yüksək inkişaf etmiş süni əyləncə mərkəzində cərəyan edir. Bu məkan, Vəhşi Qərb mövzusunda qurulmuş və android tipli "rezidentlər" tərəfindən məskunlaşdırılmış bir məkandır. Əyləncə mərkəzinin xüsusi proqram təminatı ilə təchiz edilmiş rezidentləri insanlara zərər vermək qabiliyyətindən məhrum edildiyindən, yüksək gəlirli qonaqlar burada heç bir təhlükə və qisas təhdidi olmadan öz ən cəsarətli fantaziyalarını reallaşdıra bilirlər. Serialın davamında süjet xətti XXI əsrin ortalarına doğru genişlənir və "Rehoboam" adlı qüdrətli süni intellekt sistemi tərəfindən nəzarət edilən və idarə olunan real dünyaya keçid alır.

İstinadlar

Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Dram teleserialları Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:HBO orijinal proqramları Kateqoriya:Los-Ancelesdə çəkilmiş televiziya şouları Kateqoriya:HBO televiziya dramları Kateqoriya:Home Box Office teleserialları Kateqoriya:2010-cu illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Filmlərə əsaslanan televiziya verilişləri