İohann IV Vasilyeviç və ya İvan Qroznı () — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur).Иван IV Васильевич Грозный / Буганов В. И. // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.

Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə. Глинские / Каштанов С. М. // Böyük Sovet Ensiklopediyası : [в 30 т.] / baş redaktor. Aleksandr Proxorov. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Глинские, княжеский род // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907. Ata tərəfindən nənəsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi.

Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu. История России с древнейших времен до наших дней  / Орлов А. С., Георгиев В. А., Георгиева Н. Г., Сивохина Т. А. — М.: Проспект, 1999. — 544 с.

1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı. İvan Qroznının çarlığının ikinci yarısı Livoniya müharibəsində uğursuzluqla yadda qaldı və həmçinin, köhnə aristokratiya soylarını zəiflədən opriçninanın yaranması ilə yadda qaldı. Formal olaraq, IV İvan Rusiyanı idarə edən ən uzunmüddətli hökümdardır  — 50 il və 105 gün.

İstinadlar

Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Övladlarını qətl edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Zəhərlənərək ölənlər Kateqoriya:Kolomenskoyedə doğulanlar Kateqoriya:Arxangel kafedralında dəfn olunanlar Kateqoriya:Böyük Moskva knyazları Kateqoriya:XVI əsr hökmdarları Kateqoriya:Tacdar uşaqlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri