Alibertia patinoi — Ümumiyyətlə "borojo" kimi tanınan, 2-5 metr hündürlüyündə olan kiçik, iki evcikli tropik yağış meşəsi ağacı. Boyaqotukimilər (Rubiaceae) fəsiləsinə daxil olan azsaylı yeməli meyvə verən növlərdən biridir. Borojo, dünyanın ən nəmli düzənliklərinə (Çoko–Darien rütubətli meşə ekosistemi) aid olub, Kolumbiyanın şimal-qərbindəki Çoko bölgəsində və Ekvadorun şimal-qərbindəki Esmeraldas bölgəsində yetişir.

Borojo sözü Emberá dilində "boro" - baş, "jo" - meyvə mənasını verir, yəni "baş şəklində meyvə" və ya "yumru, kürəvari meyvə" deməkdir. Bu növün Panamada, Venesuelada və Kosta-Rikada da rast gəlindiyi bildirilmişdir.Kew World Checklist of Selected Plant Families, Alibertia patinoi

Meyvəsi

Meyvə böyük (təxminən 12 sm uzunluğunda), dairəvi formalı, qəhvəyi rəngdədir və orta çəkisi 740-1000 qramdır. Meyvənin 88%-i sellodan ibarətdir. Hər bir meyvədə 90-dan 640-a qədər toxum olur. Borojo yüksək miqdarda protein, askorbin turşusu, kalsium və dəmir, eləcə də çox yüksək fosfor səviyyəsinə malikdir. Borojo cem, şərab, desertlər və afrodizyak təsirə malik olduğu güman edilən ənənəvi dərmanların hazırlanmasında istifadə edilir. Bundan əlavə, yerli icmalar tərəfindən hipertoniya, bronxial xəstəliklər və qidalanma çatışmazlığına qarşı istifadə olunur. Borojo ekstraktı sağlam qida kimi internetdə geniş şəkildə satılır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Dərman bitkiləri Kateqoriya:2011-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Kolumbiya florası Kateqoriya:Kosta-Rika florası Kateqoriya:Panama florası Kateqoriya:Ekvador florası