Altay dağ keçisi — Rusiya Federasiyasının Altay Respublikasında yun istehsalı üçün yetişdirilən evcil keçi növü.
Tarix Bu cins, 1944-cü ildən 1982-ci ilə qədər SSRİ-nin Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası regionunda Don keçisi ilə yerli keçilərin çarpaz çoxaldılması yolu ilə yüksək yun məhsulu əldə etmək məqsədi ilə yetişdirilmişdir.
Xüsusiyyətlər Dişi keçilər 41-44 kq, erkək keçilər (təkələr) isə 65-70 kq çəkiyə malikdir. Altay dağ keçiləri cavan yaşlarında qara rəngdə olur, yetişdikcə isə tünd qəhvəyi və ya boz rəng alır. Bu cinsin ən fərqləndirici xüsusiyyəti, yetişdirdikləri yunun uzunluğu və həcmidir ki, bu da regionun yerli keçilərinin yunundan üç-dörd dəfə çoxdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Keçi cinsləri