Aspatha gularis (Mavi boğazlı motmot) — "Momotidae" fəsiləsinə aid olan bir quş növü. El-Salvador, Qvatemala, Honduras və Meksikada rast gəlinir.

Təsvir "Aspatha gularis" 25.5–28.0 sm uzunluğunda və 56.0–67.3 qram ağırlığındadır. Uzun, mərhələli quyruğu var və digər motmot növlərinin əksəriyyətindən fərqli olaraq, quyruq ucları raket şəklində deyil. Yetkin fərdlərin başının yan tərəfi, oxra rəngindədir və qulaq yaxınlığında qara ləkə var. Əsasən yuxarı hissəsi yaşıl, alt hissəsi isə daha açıq yaşıldır. Boğazı mavi rəngdədir və onun altında qara ləkə var. Cavan fərdlər daha solğun olur və belinin yaşıl rəngi zeytun çaları ilə qarışıq olur.Snow, D. and G. M. Kirwan (2020). Blue-throated Motmot (Aspatha gularis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.bltmot1.01 retrieved May 4, 2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1840-cı ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1840-cı ildə təsvir edilən heyvanlar Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Meksika quşları Kateqoriya:Cənubi Amerika quşları