Xədicə binti Xüveylid () — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası.

Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Hayrat Həsən c.1 səh. 111-dən nəqlən Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir. Oğlan uşaqları; Qasım və Abdullah (Tahir və Tayyib, Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) qız uşaqları; Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimədir.

Xədicə bütün qadınlardan əvvəl İslamı qəbul edərək iman etmişdir. Sərvəti İslam dini və nübuvvətin inkişaf etməsinə səbəb olmuşdur. Məhəmməd daim onu tərifləyər, mədh edər və belə buyurardı: "Mən (qadınlar içində) Xədicədən daha artığına nail olmamışam, bütün insanlar inkar edərkən, o mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Xədicə Hicrətdən üç il əvvəl, altmış beş yaşında ikən, Məkkədə vəfat etdi. Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənlədi və Məkkənin "Hücun dağı" ətəklərindəki Mualla məqbərəsində torpağa verdi.Əbülhəsən Bəkri, "Əl-Ənvərus", s. 735.

Həyatı

İslamdan öncə

Mənbələr, Xədicənin İslamdan əvvəlki vəziyyəti barədə hər hansı bir bəyanat verilməmişdir. Yalnız yüksək məqamı, fəzilət sahibi biri olduğu və ticarət ilə məşğul olduğu qeyd edilmişdir. Mənbələrdə Xədicənin İslamdan əvvəlki həyatı haqqında sərvət sahibi olduğu və malını mudaraba şəklində və bəzi şəxslərin məşğulluğu ilə qazanc əldə edərək qazandığından bəhs edilməkdədir.

Yenə mənbələrdə yüksək sosial statusuna, şərəf və nəsil sahibi olduğuna işarə edilmişdir. İbn Seyyidünnas bu mövzu haqqında belə yazır: "O, şərif və iradəli bir xanım idi. Allah ona xeyir və kəramət vermişdir. Ərəb nəsilləri arasında orta sinif, ancaq böyük şərəf sahibi və varlı bir qadındı ". Bəlazuri isə onun haqqında belə yazır: "Vaqidi sənədində belə deyib: Xədicə Bint Hüveylid, alicənab və nəsil sahibi zəngin bir tacirdi ".

Birinci evliliyi Xədicənin evlilik məsələsi Şiə və Sünni mütəfəkkirləri arasında ixtilaf mövzusu olmuşdur. Əhli sünnə Xədicənin Məhəmmədlə evlənmədən əvvəl iki dəfə evləndiyi və hər evliliyindən bir uşaq sahibi olduğuna inanır. Əhli sünnə tarixi mənbələrinin əksəriyyəti, Xədicənin əvvəlki evliliklərini qəbul etmiş və evləndiyi şəxslərin və övladlarının adlarını zikr etmişdir. Nümunə olaraq aşağıdakı qeydlərə baxıla bilər: 1. Bəlazuri, Ensabul-Əşrəf adlı kitabında "Əbu Halə" künyəli "Səfvan ibn Muhrizi tanıdarkən belə yazır: "…o, Xədicənin Məhəmməddən əvvəlki həyat yoldaşı idi ". 2. İbn Həbib də "Əl-Munammak" kitabında "Əbu Halə" künyəli Nəbbaşı tanıdarkən onun Xədicənin Məhəmməddən əvvəlki həyat yoldaşı olduğunu yazmıştır.İbn Həbib, "əl-Münəmmaq", səh. 247 3. İbn Həbib eyni şəkildə "Əl-Munammak" adlı kitabından sonra yazdığı "Əl-Muhabbər" kitabında üç dəfə evlənən şəxslərin adlarını qeyd edərkən Xədicənin də adını yazmışdır. Xədicənin "Əbu Halə ən-Nəbbaş əl-Useydi" və "Atik ibn Abid ibn Abdullah ibn Ömər ibn Mahzum" adlı şəxslərlə Məhəmməddən əvvəl evləndiyinə dair məsələyə toxunmuşdur.ibn Həbib, "Əl-Muhabbər", səh. 452 Buna qarşı, Şiə mütəfəkkirləri məsələnin bütün aspektlərini daha ciddi bir şəkildə araşdırdıqdan sonra, Xədicənin əvvəlki evlilikləri haqqında şübhəyə düşmüş və Xədicənin əvvəldən heç bir evlilik etmədiyinə və ilk izdivacının Məhəmmədlə olduğuna inanır. Xədicənin Məhəmməddən əvvəl heç evlilik etmədiyinə dair dəlillər bu şəkildə yekunlaşdırıla bilər: 1. İbn Şəhri Aşub, Seyid Mürtəzanın "Şəfi", Şeyx Tusinin "Talhis" adlı kitablarında Xədicənin Məhəmmədlə evlənəndə "Azra" olduğuna işarə etmişlər. Əlbəttə, bu insanlar "Ruqiyyə" və "Zeynəb" adlı uşaqların Xədicənin bacısı Halədən olduqlarına inanmaqdadırlar.İbn Şəhri Aşub, "Mənaqib", c.1, səh. 159 Belə çıxır ki, bu fikirdə bəzi səhvlər var. Çünki tarixi mənbələrdə Xədicənin "Ruqiyyə" və "Zeynəb" adlı uşaqlarının əvvəlki ailələrindən deyil, şəxsən Məhəmməddən olduğunu qeyd etmişdir. 2. Xədicənin yüksək mövqe və məqamı, Qüreyşin irəli gedən bir çoxunun evlilik təklifini rədd etməsi də Xədicənin Məhəmməddən əvvəl evlilik etmədiyinə başqa bir sübutdur. Qəbilə fanatizminin hakim olduğu Hicazın düşüncə və mədəniyyət atmosferində Qüreyşin adlı –sanlı böyüklərindən olan Xədicə kimi bir qadının Təmim və Mahzum qəbilələrindən iki Ərəblə evləndiyi necə qəbul edilebilər?Amuli, "Əs-Səhih", c. 2, səh. 123, "Əl-İstiğasə" c.1, səh. 70-dən nəqlən 3. Xədicənin Məhəmmədlə evlənmədən əvvəl ərə getmədiyinə dair digər bir dəlil isə ondan ibarət ola bilər. Məhəmməddən sayılan Xədicəyə nisbət verilən bu iki uşaq, aparılan araşdırmalarda Xədicənin uşaqları deyil, əksinə Xədicənin bacısı Halənin uşaqları idi. Hələ ilk olaraq Mahzum qəbiləsindən bir adamla evləndi və ondan bir uşağı olmuşdu. Sonra Temimli başqa biri ilə evləndi və ondan da Hind adlı başqa bir uşağı oldu. Xədicə Halənin həyat yoldaşının ölümündən sonra Halə və iki uşağının qayğısını üzərinə götürdü. Ərəblərin adətlərində olan Rabiyynin (yoldaşdan qalma uşaqlar) uşaqları doğma oğul kimi qəbul edildiyindən onları Məhəmmədin uşaqları kimi saymışlardır.Amuli, "Əs-Səhih", c.2, səh.125

İkinci evliliyi 250px|thumb|left|Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı

Bütün mənbələr Məhəmmədin ilk həyat yoldaşının Xədicə olduğunu yazıb və bunların çoxu Xədicə ilə evlənəndə Məhəmmədin yaşının 25 olduğunu qeyd etmişdir. İbn Əbdülbirr, Xədicənin Məhəmmədin ilk xanımı olduğuna və onunla yaşadığı müddət ərzində başqa bir qadınla evlənmədiyinə inanmaqdadır. Eyni şəkildə Xədicə ilə evlənəndə yaşının 25 olduğu və Fil ilindən iyirmi altı il sonra olduğunu qeyd etmişdir. Eyni şəkildə Zühridən nəql etdiyi bir rəvayətə görə Məhəmməd Xədicə ilə evlənəndə yaşının 21 olduğunu qeyd etmişdir. Məsudi də Xədicənin Məhəmmədin ilk xanımı olduğuna inanır.

Bəzi mənbələrdəMəsudi, "Murucuz-Zəhəb", c. 2, səh. 282 eyni şəkildə bu məsələyə təkid edilmiştir.Bəsva, "Əl-Mərifət", c. 3, səh. 267İbn Əsir, "Əl-Kamil", c.2, səh. 307 İbn Əsir, Xədicənin Məhəmmədin ilk xanımı olduğuna işarə edərək bu evliliyin Besətdən əvvəl olduğuna inanmaqdadır. İbn Əsir isə Xədicə ilə evlənəndə Məhəmmədin yaşının 21, 22, 25, 28, 30 və 37 olduğunu bildirən müxtəlif fikirləri bildirmişdir. Xədicənin Məhəmmədlə evlənəndə neçə yaşında olduğu mövzusunda da mənbələr eyni fikirdə deyil. Mənbələrdə 25 yaşından 46 yaşına qədər yaş fərqləri qeyd edilmişdir. Mənbələrin çoxu, Xədicənin Məhəmmədlə evlənəndə yaşının 40 olduğu yönündədir.İbn Əsir, "əl-Kamil", c.2, səh. 39 Məsudi isə bu yaşdan başqa yaşlarda ola biləcəyi ehtimalının başqalarından nəql etmişdir.Məsudi, "Murucuz-Zəhəb", c. 2, səh. 287 Bəzi mənbələr yaşının 25 olduğuBeyhəqi, "Dəlailun-Nübuvvə", c. 2, səh. 71"Siyrətül-Hələbiyyə", c. 1, səh. 140"Əl-Bidayə", c. 2, səh. 294Bəlazuri, "Ənsabul-Əşrəf", c.1, səh. 98 və başqa mənbələrdə isə yaşının: 28, 30,Amuli, "Əs-Səhih", c. 2, səh. 115"Əs-Siyrətul", c. 1, səh. 140"Təhzib Tarix-Dəməşq", c. 1, səh. 303"Tarixul-Hamis", c. 1, səh. 264 35,, İbn Kəsir, "Əs-Siyrətun", c. 1, səh. 265 44,Vaqidi, "Müxtəsər Tarixi-Dəməşq", c.1, səh. 303 45,Vaqidi, "Müxtəsər Tarixi-Dəməşq", c. 1, səh. 275"Təhzibül-Əsma", c. 2, səh. 342 və 46, olduğu qeyd edilmişdir. Xədicənin Məhəmmədlə evlənəndə neçə yaşında olduğunu müəyyən etmək bir qədər çətindir. Məhəmməd Xədicə ilə birlikdə 25 il yaşamışdır (15 il Besətdən əvvəl və, Beyhəqi, "Dəlailun-Nübuvvə", c. 2, səh. 72 10 il Besətdən sonra), digər tərəfdən Xədicə vəfat edəndə yaşı 65 və ya Beyhəqinin üstünlük verdiyinə görə 50-dir. Buna görə də Xədicənin Məhəmmədlə evlənəndə yaşının 25 və ya 40 olması lazımdır. Əgər Xədicə, Məhəmmədlə evlənəndə yaşı 25 olsa, vəfatında yaşının 50 olması lazımdır, çünki evlənəndə yaşı 25-dir. Bu fikrə bəzi tədqiqatçılar üstünlük vermişdir.Amuli, "Əs-Səhih", c. 2, səh. 114 Bu fikir mənbələrdə geniş olmadığından, bu fikirin qəbul edilməsi bir qədər çətindir, ancaq Məhəmmədin Xədicədən olan uşağı Qasımın Besətdən sonra vəfat etməsinin mənası odur ki Qasım Xədicədən dünyaya gələndə Xədicənin yaşının 55 və ya daha çox olması lazımdır ki, bu da mümkün deyil və qəbul edilə bilməz. Bu məsələ Şiə üləmalarının fikirləri ilə mənbələrə əsaslandırıldıqda Xədicənin Məhəmmədlə evlənəndə "Azra" olduğuİbn Şəhri Aşub, "Əl-Mənaqib", c. 1, səh. 159 və Xədicə kimi mövqe sahibi bir xanımının 40 yaşına qədər Qüreyşdə ailə qurmaması uzaq bir ehtimal kimi durur. Beləliklə, Xədicə evlənəndə yaşının 25 və ya 28-dən daha böyük olmaması lazımdır.

Evlilik zamanı və ya əvvəlki yaş və ildən daha əhəmiyyətli olan şey, bu müqəddəs mövzudakı məqsəd və niyyətdir. Mənbələrdə Məhəmməd ilə Xədicənin bu istiqamətdəki məqsədlərinin ilahi olması və müqəddəs niyyətləridir. Xüsusilə bu məsələ Xədicəni Məhəmmədin istiqamətinə itmişdir. İbn Kəsir, İbn İshaqdan belə nəql edir: Xədicə Məhəmmədin doğruluq, düzgünlük, əmanətə riayət edən və əxlaqi xüsusiyyətlərini tanıyanda, onu malının əmini qərar vermiş və Şam ticarət səfərindən qayıdanda və Meysərənin (Xədicənin köləsi) Məhəmmədin xüsusiyyətlərini açıqlamasından sonra Məhəmmədə evlənmək təklifi etdi. İbn Seyyidunnas da Xədicənin Məhəmmədin əxlaqi xüsusiyyətləri və sədaqətinin ona evlilik təklif etməsinə səbəb olduğunu bildirmiş və Xədicənin Məhəmməddə olan sədaqət, əmanətə riayət, düzgünlük və əxlaqi xüsusiyyətlərindən dolayı ona evlilik təklif etdiyini qeyd etmişdir.İbn Səid ən-Nas, "Uyunul-Əsər", c. 1, səh. 63 İbni Əsir də bu amillərin eynisini Usdul-Qabə kitabında bildirmişdir.

Məhəmmədin yanındakı mövqeyi 300px|thumb|right|XX əsrin əvvəllərində Səudiyyə sülaləsi tərəfindən dağıdılmış Müəlla məzarlığındakı Xədicə türbəsi

Xədicənin Məhəmmədin həyatında əhəmiyyətli bir yer və mövqeyi vardır. Xədicənin Məhəmmədin yanındakı mövqeyi haqqında çoxsaylı məlumat nəql edilmişdir. Belə ki, hətta Xədicənin vəfatından illər sonra belə onun əvəzsiz və bənzərsiz bir qadın olduğu Məhəmməd tərəfindən dilə gətirilir və ona o sənin üçün yaşlı bir qadından başqa bir şey deyildi deyəndə belə buyurmuşdur: "Mən Xədicədən daha üstününü görməmişəm, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən geri durmadı. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır ". Xədicə Məhəmmədlə evləndikdən sonra onun üçün ən yaxşı həyat yoldaşı olmuşdur. Sadiqliklə və məhəbbətlə Məhəmmədə qadınlıq etmiş, evlilərin müştərək həyatlarında bir-birilərinə təmin etmələri lazım olan rahatlıq və xoşbəxtliyi Məhəmməd üçün hazırlamış və bu yolda Allahın razılığı xaricində heç bir məqsəd daşımamışdır. Bundan dolayı, Məhəmməd Xədicə həyatda olduğu müddətcə başqa bir evlilik etməmiş və özünə həyat yoldaşı seçməmişdir.İbn əl-İmrani, "Əl-Ənbai", səh. 46 Məhəmmədin Xədicə haqqında dediyi bəzi sözlər ona nə qədər dəyər verdiyini ortaya qoyur. Bəlkə də bəzi mənbələrdə Xədicə üçün istifadə edilən ən münasib təbir onun ən üstün və ən sadiq vəzir və müşavir olduğu, Məhəmmədin əmin-amanlıq və aram mənbəyi olduğuna dair söylənən təbirlərdir.

Ölümü