300px|thumb|"Bir millət, iki dövlət" konsepsiyası

Bir millət, iki dövlət və ya Tək millət, iki dövlət — Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün istifadə edilən milli konsepsiya.

Bu konsepsiya xüsusilə Azərbaycan Respublikasının bu sahədə rəsmi mövqeyinin əsasını təşkil edir. İfadənin əslinin Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə, Heydər Əliyevə və ya Bəxtiyar Vahabzadəyə aid olduğu hesab edilir. Bu ifadəyə Azərbaycan şairi və siyasətçisi Bəxtiyar Vahabzadənin 1991-ci ildə yazdığı "Azərbaycan–Türkiyə" şeirində rast gəlinir. Bəxtiyar Vahabzadənin poeziyasına daxil edildikdən sonra bu əsər Azərbaycanın keçmiş prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyev tərəfindən rəsmi müzakirəyə çıxarılmışdır.

Bu ifadə ilə bağlı aparılan akademik tədqiqatlar göstərmişdir ki, "Bir millət, iki dövlət" ifadəsi sadəcə emosional şüar deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik icmasının formalaşması və strateji ittifaqlarda və regional siyasətlərdə birgə hərəkət etmək meylləri üçün konseptual çərçivə kimi fəaliyyət göstərir.

Bu konsepsiyanı Türkiyənin Ermənistanla əlaqələri üçün təhlükə hesab edən sabiq ABŞ rəsmisi Metyu Brayza bu anlayışı dəyişməyi vacib hesab etdiyini və bunun üçün uzun müddət işləmək lazım olduğunu bildirmişdir.

Həmçinin bax Azərbaycan–Türkiyə münasibətləri Bir ölkə, iki sistem

İstinadlar

Xarici keçidlər Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu" Türkiyə diplomatiyası üçün böyük rüsvayçılıq Azərbaycan torpaqları azad edilmədən "erməni açılımı" parlamentdən keçməməlidir

Kateqoriya:Azərbaycan–Türkiyə münasibətləri Kateqoriya:Şüarlar