Melogale subaurantiaca (Formoza xorek porsuğu) — Tayvana endemik olan bir mustelid növü.
Taksonomiya
Əvvəllər "Çin xorek porsuğu" (M. moschata) ilə eyni növ hesab edilirdi, lakin 2019-cu ildə aparılan genetik bir araşdırma onun fərqli bir növ olduğunu müəyyən etdi və Amerika Məməlilər Cəmiyyəti daha sonra onu fərqli bir növ kimi yenidən təsnif etdi. Lakin, IUCN Qırmızı Siyahısı kimi bir çox nüfuzlu orqan hələ də onu "M. moschata" ilə eyni növ hesab edir.
Yayılması
Bu növ Tayvan adasına endemikdir.
Çoxalma
Erkək "Melogale subaurantiaca"lar fevral və sentyabr ayları arasında sperma istehsal edir və mart və oktyabr ayları arasında dişilərlə cütləşirlər. Növün iki balalıq ölçüsünə sahib olduğu və ildə bir dəfə çoxalığı düşünülür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Biologiya qaralamaları Kateqoriya:Dələlər