Ətraf mühit etikası — ətraf mühit və təbiətdəki birgə yaşamla əlaqədar problemlərə yalnız elmi və texnoloji baxış bucağından deyil, həm də fəlsəfi və əxlaqi (etik) kontekstdə yanaşaraq bu problemləri tədqiq edən və onlara həll yolları axtaran tətbiqi etika sahələrindən biri. Ümumi mənada ətraf mühit etikası insanın təbiətlə — daha geniş mənada isə özündən kənardakı dünya ilə — necə münasibətdə olmalı olduğunu tədqiq edir.

Ətraf mühit etikası və ya ekoloji etik nəzəriyyələr XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Ətraf mühit problemləri insan həyatının bütün sahələri ilə birbaşa əlaqədardır və yaşayış mühitimizin ayrılmaz hissəsini təşkil etdiyindən, bu məsələlərə laqeyd qalmaq mümkün deyildir. Bu problemlərin siyasi quruluş, beynəlxalq ticarət, iqtisadi rifah, yoxsulluq, elm və texnologiya ilə sıx bağlı olduğu nəzərə alındıqda, onları bütövlükdə dəyərləndirmədən həll etmək qeyri-mümkün görünür.

Ətraf mühit etikası anlayışının fəlsəfə sahəsində elmi və akademik səviyyədə müstəqil bir fənn kimi qəbul edilməsi rəsmi şəkildə 1973-cü ildən başlayır. Həmin il Piter Sinqer () "Heyvanların azadlığı" () əsərini, Ama Neys () isə "Inquiry" jurnalında ətraf mühit fəlsəfəsi mövzusuna həsr edilmiş ilk məqaləsini bir-birinin arxasınca dərc etdirmişdilər. Eyni ildə Riçard Silvan Rautli () XV Dünya Fəlsəfə Konqresində məşhur sualını səsləndirmişdi: "Yeni bir etikaya — ətraf mühit (ekoloji) etikasına ehtiyacımız yoxdurmu?" Bu sual ətraf mühit fəlsəfəsinə olan marağı zirvəyə çatdırmış və 1979-cu ildə Yudcin Q. Harqrouv () tərəfindən "Environmental Ethics" () adlı jurnalın nəşri ilə bu sahə rəsmi şəkildə formalaşmışdır.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Brennan, Andrew/ Lo, Yeuk-Sze 2016: Environmental Ethics. In: Zalta, Edward N. (Hg.): The Stanford Encyclopedia of Philosophy (Winter 2016 Edition). https://plato.stanford.edu, Stanford University: https://plato.stanford.edu/archives/win2016/entries/ethics–environmental/.

Ott, Konrad (2020): Environmental ethics. In: Kirchhoff, Thomas (ed.): Online Encyclopedia Philosophy of Nature / Online Lexikon Naturphilosophie, doi: https://doi.org/10.11588/oepn.2020.0.71420; https://journals.ub.uni-heidelberg.de/index.php/oepn/article/view/71420.

Xarici keçidlər

Bioethics Literature Database Brief History of Environmental Ethics Thesaurus Ethics in the Life Sciences EnviroLink Library: Environmental Ethics - online resource for environmental ethics information EnviroLink Forum - Environmental Ethics Discussion/Debate Environmental Ethics (journal) Sustainable and Ethical Architecture Architectural Firm Stanford Encyclopedia of Philosophy Environmental Ethics entry in the Internet Encyclopedia of Philosophy. Center for Environmental Philosophy UNT Dept of Philosophy Creation Care Reading Room: Extensive online resources for environment and faith (Tyndale Seminary) Category List - Religion-Online.org "Ecology/Environment" Islam, Christianity and the Environment

Kateqoriya:Nisbi etika Kateqoriya:Envayromentalizm Kateqoriya:Ətraf-mühit fəlsəfəsi Kateqoriya:Mövzularına görə etika Kateqoriya:Ətraf mühit etikası