Əbu Bəkr Abdullah ibn Zübeyr ibn İsa əl-Qureyşi əl-Humeydi (; ) — hədis hafizi və fəqih.

Bioqrafiyası Nəsli Qusay vasitəsilə Məhəmməd peyğəmbərə birləşir. Nisbəsi "Məkki"dir.

Fudeyl ibn İyad, Dəravərdi, Vəlid ibn Müslüm, Vəki ibn Cərrah, Süfyan ibn Uyeynə kimi alimlərdən hədis, əş-Şafiidən fiqh öyrənmişdir.

Ondan Buxari, Zöhli, Əbu Züra ər-Razi, Hənbəl ibn İshaq, Fəsəvi, Əbu Hətim Məhəmməd ibn İdris ər-Razi kimi alimlər hədis rəvayət ediblər. O, Süfyan ibn Uyeynədən on doqquz il boyunca hədis rəvayət etmişdir. Bunu nəzərə alan İbn Xeyr əl-İşbili, Humeydinin "əl-Müsnəd"ini "Müsnədül-Humeydi ən Süfyan ibn Uyeynə" şəklində adlandırmışdır.

Məkkə və Misirdə əş-Şafii ilə uzun müddət birlikdə olan Humeydi əş-Şafiinin vəfatından sonra Misirdən Məkkəyə qayıtdı və burada 15 il fətva verib hədis dərsləri verdi.

Humeydi hicri 219-cu (834) ildə Məkkədə vəfat etdi.

O, İshaq ibn Rəhuyə, Əhməd ibn Hənbəl və Buxari tərəfindən "imam" adlandırmış, rəvayətlərinə "Kütübi-Sittə"də (İbn Macənin "əs-Sünən"i istisna olmaqla) yer verilmişdir.

Əsərləri Əl-Müsnəd. Məkkədə qələmə alınmış ilk müsnədlərdəndir. Özündə 1327 hədis ehtiva edir. Üsulüs-sünnə. Bu risalə müstəqil bir əsər olmayıb, "əl-Müsnəd"in sonudur. Abdullah ibn Süleyman əl-Qufeyli (Mədinə: 1995) və Abdullah ibn Yusif əl-Cüdey tərəfindən müstəqil olaraq nəşr olunmuşdur.

İstinadlar

Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Məkkəlilər Kateqoriya:Qureyş