thumb|справа|255px| Tibbi ultrasəs (UZİ)

Mamalıq sənəti ( — , ) digər adı ilə povival sənətПовивальное искусство // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907. — tibbin bir sahəsi olub, qadın orqanizmində mayalanma, hamiləlik və doğumla bağlı baş verən fizioloji və patoloji prosesləri öyrənir.

Mamalıq sənəti və ya povival sənət eyni zamanda doğuşayardım üsullarını, hamiləlik və doğuş fəsadlarının profilaktikası və müalicə yollarını, eyni zamanda dölün və yenidoğulmuş körpənin xəstəliklərinin diaqnostika və müalicəsini hazırlayır.Акушерство : [арх. 28 ноября 2022] / Серов В. Н. // Большая российская энциклопедия [Электронный ресурс]. — 2016. (Акушерство / Серов В. Н. // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 391. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X.).

Tarixən mamalıq sənətinə həm də yenidoğulmuş körpənin qulluğu daxil idi, lakin müasir dövrdə bu sahə ayrılaraq neonatalogiya kimi müstəqil fənnə çevrilmişdir.

Baytarlıq mamalıq sənəti — klinik baytarlığın bir sahəsi olub, kənd təsərrüfatı heyvanlarının dişilərində mayalanma, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı fizioloji və patoloji prosesləri tədqiq edir.Акушерство ветеринарное // Ветеринарный энциклопедический словарь — М.: Советская энциклопедия, 1981. — 640 с.Акушерство ветеринарное : [арх. 15 июня 2024] / Есепёнок В. А. // Большая российская энциклопедия [Электронный ресурс]. — 2016. (Акушерство ветеринарное / Есепёнок В. А. // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 392. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X.).

Mamalıq sənətinin predmeti

Mamalıq sənəti elmi terapiya və ya cərrahiyyənin bir hissəsi kimi qəbul edilməməlidir. Bu sahəni xüsusi şəkildə öyrənmək üçün yalnız həmin iki tibbi istiqamətdən əldə edilən biliklər kifayət etmir; mamalıq sənəti digər tibbi sahələrlə ümumi olmayan bir sıra xüsusi məlumatları da tələb edir. Buna görə də mamalıq sənətinin öyrənilməsi üçün xüsusi klinikanın mövcudluğu zəruridir. Bu klinikalarda tələbələr əvvəlcə terapiya və cərrahiyyə klinikalarında hazırlıq keçdikdən sonra doğuş dövrünün patalogiyası və terapiyası tədris olunur.

Universitet təhsilində mamalıq sənətinə dair hazırlıq zamanı Qeysəriyyə əməliyyatına xüsusi diqqət yetirilir. Bu əməliyyata göstəriş normal doğumun mümkün olmadığı və ya ana və uşağın həyatı üçün təhlükə yaratdığı hallarda verilir. Məsələn: doğuş edən qadının çanağının dar olması, dölün inkişaf qüsurları, çoxdöllü hamiləlik və s.

Beləliklə, mamalıq sənətinin predmeti yalnız doğum prosesini müşahidə və idarə etməklə məhdudlaşmır, həm də patoloji halların diaqnostikası, müalicəsi və fəsadların qarşısının alınmasını əhatə edir.

İstinadlar

Ədəbiyyat siyahısı

Акушерство / Савельева Г. М. // Большая медицинская энциклопедия : в 30 т. / гл. ред. Б. В. Петровский. — 3-е изд. — М. : Советская энциклопедия, 1974. — Т. 1 : А — Антибиоз. — 576 с. : ил. Шмидт А. А. Особенности военного акушерства и гинекологии // Мать и дитя (приложение к журналу «Акушерство и гинекология». ISSN 0300-9092). — 2016, № 2 (5). Клинические протоколы (акушерство) / Под ред. А. А. Шмидта // С-Пб.: СпецЛит, 2016. — 256 с. ISBN 978-5-299-00839-5.

Акушерство // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907

Xarici keçidlər

Акушерство и гинекология — сборник материалов История акушерства в России Московский областной НИИ акушерства и гинекологии Неотложное акушерство при патологиях родовой деятельности.

Kateqoriya:Mamalıq sənəti Kateqoriya:Uşaq doğumu