Vander Yohannes de Haaz () — holland fizik və riyaziyyatçısı. O, daha çox Şubnikov-de Haaz effekti, De Haas-Van Alfen effekti və Eynşteyn-de Haaz effekti ilə tanınır.

Karyerası

Diplomunu aldıqdan sonra De Haaz Berlində "Fizikalische Reichsanstalt"-da tədqiqatçı kimi çalışmışdır. Daha sonra Hollandiyaya qayıtmış, Deventerdə məktəb müəllimi, Haarlemdəki Teylers Muzeyinin konservatoru, daha sonra Delft Texniki Məktəbində və Qroningen Universitetində fizika professoru kimi çalışmışdır. 1925-ci ildə Leydendə professor və Kamerlingh Onnesin yerinə fizika laboratoriyasının iki rəhbərindən biri olmuşdur. 1948-ci ildə De Haaz təqaüdə çıxmışdır.

Aşağı temperatur tədqiqatları üçün istifadə etdiyi avadanlıqların (təxminən 1930-cu ilə aid elektromaqnit) nümunəsini Leydendəki elm tarixi muzeyi olan Boerhaave Muzeyində görmək olar.

1922-ci ildə o, Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvü oldu. İyirmi il sonra, 1942-ci ildə istefa verməyə məcbur oldu. İkinci Dünya Müharibəsi 1945-ci ildə başa çatdıqdan sonra ona yenidən üzv olmağa icazə verildi.

İstinadlar

Xarici keçidlər De Haas' math genealogy Albert van Helden, Biography, Wander Johannes de Haas 1878–1960 (Digital Library of Royal Netherlands Academy of Arts and Sciences ). Originally published in: K. van Berkel, A. van Helden and L. Palm, ed., A History of Science in The Netherlands, Survey, Themes and Reference, pp. 454–456 (Leiden, Brill, 1999). Wander Johannes de Haas, 1878–1960 @ Instituut-Lorentz for theoretical physics J. van den Handel, Haas, Wander Johannes de (1878–1960), in Biografisch Woordenboek van Nederland.

Kateqoriya:2 martda doğulanlar Kateqoriya:1878-ci ildə doğulanlar Kateqoriya:26 apreldə vəfat edənlər Kateqoriya:1960-cı ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Niderland fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Qroningen Universitetinin müəllimləri Kateqoriya:Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri