Dmitar Zvonimir () — Xorvatiyanın ən məşhur və nüfuzlu orta əsr hökmdarlarından biri. O, 1075–1089-cu illərdə Xorvatiya kralı kimi hökmranlıq etmişdir. Onun dövrü Xorvatiya krallığının ən sabit, ən güclü və siyasi cəhətdən ən nüfuzlu dövrlərindən biri hesab olunur.

Haqqında Dmitar Zvonimir Trpimiroviç sülaləsinə mənsub idi. Hakimiyyətə gəlməzdən əvvəl 1970-ci ildə Slavoniya banı (valisi) və sonra Xorvatiya bəyi olmuşdur. 1075-ci ildə Xorvatiya zadəganları tərəfindən kral seçilmişdir. Tac qoyma mərasimi Solin şəhərində baş tutmuşdur. Tacı Papa VII Qriqorinin nümayəndəsi təqdim etmişdir. Tacqoyma Xorvatiyanın Avropadakı nüfuzunu artırmış və Papa ilə əlaqələri gücləndirmişdir.

Dmitriy Zvonimirin dövründə sülh və sabitlik, kilsə islahatları, beynəlxalq əlaqələrin möhkəmlənməsi, iqtisadi inkişaf ilə yadda qalmışdır. Macarıstan, Almaniya və İtaliya əyalətləri ilə əlaqələri gücləndirmişdir. Yolların, limanların və ticarət yollarının inkişafına diqqət etmişdir.

1075-ci ildə Normanlar Xorvatiyaya hücum etdilər və Rabı mühasirəyə aldılar. Eyni dövrdə Kral Petar Kreşimir, bəzi mənbələrə görə, Norman əsirliyində öldü. Kralın ölümündən sonra ölkədə vətəndaş qarşıdurması başladı: Zvonimirə qarşı çıxan Xorvatiya zadəganlarının bir hissəsi Ban Slavatı kral seçdi. Kralın ölümündən sonra ölkədə vətəndaş qarşıdurması başladı. Bu seçki, Papanın iradəsinə və varlı Dalmatiya şəhərlərinin istəklərinə zidd olaraq, Norman qüvvələrinin Slavaca qarşı çağırılmasına səbəb oldu. Köhnə bir Xorvat salnaməsinə görə, Slavac Rabda məğlub oldu və həbs edildi.

Vəfatı Dmitar Zvonimir 1089-cu ildə vəfat etmişdir.

Həmçinin https://az.wikipedia.org/wiki/Zvonimir_tac%C4%B1

Ədəbiyyat Фрейдзон, В. И. История Хорватии. Краткий очерк с древнейших времён до образования республики (1991 г.). — Санкт-Петербург: Алетейя, 2001. — 318 с. — (Славянская библиотека. Bibliotheca slavica). — 1000 экз. — ISBN 5-89329-384-3. Летопись попа Дуклянина https://www.vostlit.info/Texts/rus6/Dukljanin/frametext.htm

İstinadlar

Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Roma-Katolik monarxları Kateqoriya:XI əsr Avropa hökmdarları