Kris Benql və ya Kristofer Edvard "Kris" Benql (; ) — Amerikalı avtomobil dizayneri. Banql ən çox 1992-ci ildən 2007-ci ilə qədər BMW Qrupunun baş dizayneri kimi çalışması ilə tanınır və burada BMW, MINI və Rolls-Roycekimi minik avtomobillərinin dizaynına cavabdeh olub.
Həyatı Kris Benql 14 oktyabr 1956-cı ildə Ohayo ştatının Ravenna şəhərində anadan olub və Viskonsində böyüyüb. O, Kaliforniyanın Pasadena şəhərindəki İncəsənət Mərkəzi Dizayn Kollecində təhsil almış, sənaye dizaynı üzrə bakalavr və magistr dərəcələri almışdır.Eric Gallina, Chris Bangle on the design of the Fiat Coupe in formtrends.com on June 19, 2014
1980-ci illərin sonlarında BMW markasında işləməyə başlayan Kris Benql burada karyerasının zirvəsinə çatdı.
Kris Benql BMW markasında baş dizayner olaraq 1992-2009-cu illərdə fəaliyyət göstərdi. Kris Benqlin ən çox tanınan və bəzən mübahisəli olan dizaynlarından biri 2002-ci ildə təqdim edilən BMW 7 Seriyasıdır. Bu model BMW markasının ən lüks avtomobillərindən biri olaraq təqdim olundu, amma onun arxa hissəsindəki bükülmüş, "bulged" dizaynı çox sayda tənqidə məruz qaldı. Bəzi avtomobil həvəskarları və mütəxəssisləri, bu dizaynı "qəribə" və "zövqsüz" olaraq qiymətləndirdilər. Lakin, zaman keçdikcə, bu cür dizaynların avtomobil dünyasında fərqlilik yaratdığı və gələcəkdə daha geniş yayılacağı aydın oldu.
BMW Z4 və BMW 6 seriyası Kris Benqlin başqa məşhur dizaynlarıdır.
İstinadlar
Xarici keçidlər
InFrame.tv: Chris Bangle talks car design" Forbes, 2006 "The New BMW 5 Series" BMW Website — Chris Bangle explains his design philosophy for some key models. BMW Designers An overview of automotive designers working for BMW.
TED Talk: Great cars are great art (TED2002) Interview with Chris Bangle on design and emotion Chris Bangle Associates S.R.L.
Kateqoriya:ABŞ dizaynerləri