Mühafizə hərəkatı (, həmçinin təbiətin mühafizəsi kimi tanınır) — ekoloji, ictimai və siyasi bir hərəkat və gələcək nəsillər üçün təbii resursların — heyvanların, bitkilərin, digər canlı növlərin və onların yaşayış mühitlərinin idarə olunması və qorunmasını məqsəd qoyur. Mühafizəçilər ətraf mühiti tapdıqları vəziyyətdən daha yaxşı vəziyyətdə saxlamağa çalışırlar. Sübutlara əsaslanan mühafizə yüksək keyfiyyətli elmi dəlillərdən istifadə etməklə mühafizə fəaliyyətlərinin daha səmərəli olmasını hədəfləyir.
Erkən mühafizə hərəkatı balıqçılıq, vəhşi təbiətin idarə olunması, su, torpaq, eləcə də mühafizə etikası və davamlı meşə təsərrüfatı kimi təbii resursların qorunması zərurətindən yaranmışdır. Müasir mühafizə hərəkatı ilkin dövrdəki davamlı məhsuldarlıq və vəhşi təbiət sahələrinin qorunması yanaşmasını genişləndirərək biomüxtəlifliyin mühafizəsini də əhatə edir. Bəzi tədqiqatçılar mühafizə hərəkatını daha geniş ekoloji hərəkatın bir hissəsi hesab etsə də, digərləri bu iki yanaşmanın ideologiya və praktika baxımından fərqli olduğunu bildirirlər.
Tarix
Erkən dövr
Mühafizə hərəkatının başlanğıcı Con Evelin tərəfindən yazılmış Silva əsərinə qədər izlənilə bilər. Əsər 1662-ci ildə "Royal Society"yə məruzə kimi təqdim edilmiş, iki il sonra isə kitab şəklində nəşr olunmuşdur. Bu əsər indiyə qədər nəşr edilmiş ən təsirli meşəçilik mətnlərindən biri hesab olunur.John Evelyn, Sylva, Or A Discourse of Forest Trees ..., Fourth Edition (1706), reprinted London: Doubleday & Co., 1908, V1, p. lxv; online edn, March 2007. Həmin dövrdə İngiltərədə ağac ehtiyatları təhlükəli dərəcədə azalmışdı və Evelin meşələrin qorunmasının, kəsilmə sürətinin tənzimlənməsinin və ağacların bərpasının vacibliyini vurğulayırdı.
Xecarli qətliamı Bişnoy icması 12 sentyabr 1730-cu ildə Xecri ağaclarının kəsilməsinə etiraz olaraq Amrita Devi və onunla birlikdə 363 nəfərin həyatını qurban verməsi haqqında rəvayət danışır. Codhpur hökmdarı Abhay Sinqh yeni saray üçün ağac tələb etdiyindən əsgərləri Xecarli kəndinə göndərmişdi. Amrita Devi ağacı qucaqlayaraq kəsilməsinə mane olmağa çalışmış və nəticədə özü və digər sakinlər öldürülmüşdü. Hadisədən sonra Maharaca müdaxilə edərək qətliamı dayandırmışdır.
Müasir mühafizə hərəkatının başlanğıcı XIX əsrin ortalarında mühafizə ideyaları yenidən canlandı və ilk dəfə Hindistan meşələrində elmi prinsiplərə əsaslanan şəkildə tətbiq edildi. Formalaşan mühafizə etikası üç əsas prinsipə söykənirdi: insan fəaliyyətinin təbii mühitə zərər vurması, gələcək nəsillər üçün mühitin qorunmasının vətəndaş borcu olması və bu borcun elmi, empirik metodlarla yerinə yetirilməsi.
Ser Ceyms Ranald Martin və Edvard Persi Stebbinq kimi alimlər genişmiqyaslı meşəsizləşmənin nəticələrinə diqqət çəkmiş, Hindistan Meşə Xidmətinin yaradılmasını təşviq etmişlər. 1842-ci ildə Madras Gəlir Şurası Aleksandr Qibsonun rəhbərliyi altında ilk dövlət meşə mühafizə proqramını həyata keçirmişdir.
Ditrix Brandis və Ser Vilyam Şlix kimi alman meşəçilər Britaniya Hindistanında mühafizə sisteminin formalaşmasında mühüm rol oynamış, taungya sistemi və meşə qanunvericiliyi tətbiq etmişlər. Şlix 1874-cü ildə Indian Forester jurnalının təsisində iştirak etmiş və İngiltərədə ilk meşəçilik məktəbinin yaradılmasına rəhbərlik etmişdir.Burley, Jeffery, et al. 2009.
ABŞ-da mühafizə hərəkatı
Amerika mühafizə hərəkatı XIX əsrdə təbiətin insan istifadəsindən asılı olmayaraq daxili dəyərini önə çəkən əsərlərdən ilham almışdır. Yazıçı Henri Devid Toro (1817–1862) təbiəti ucaldan əsas fəlsəfi töhfələr vermişdir. Thoreau insanların təbiətlə münasibətləri ilə maraqlanır və bunu sadə həyat tərzi sürərək, təbiətə yaxın yaşamaqla öyrənirdi. O, bu təcrübələrini Walden kitabında dərc etmiş və insanların təbiətlə sıx, birbaşa əlaqə qurmalı olduqlarını müdafiə etmişdir.
Ditrix Brandis, Vilyam Şlix və Karl Şenkin ideyaları da olduqca təsirli olmuşdur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Meşə Xidmətinin ilk rəhbəri Qifford Pinçot ABŞ-da peşəkar meşə idarəçiliyinin tətbiqi və Meşə Xidmətinin strukturlaşdırılması məsələlərində Brandisin məsləhətlərinə geniş şəkildə istinad etmişdir.America has been the context for both the origins of conservation history and its modern form, environmental history . 1864-cü ildə Abraham Linkoln Yosemit ərazisini federal mühafizəyə almışdır; bu hadisə ilk rəsmi milli parkın — Yellouston Milli Parkının yaradılmasından əvvəl baş vermişdir.
Proqressiv Dövr (1890-cı illər – 1920-ci illərin əvvəlləri) ərzində mühafizəçilər və qoruyucular (preservationists) siyasi müzakirələrdə fəal iştirak etmişlər. Bu dövrdə üç əsas mövqe formalaşmışdır:
Laissez-faire: Bu mövqeyə görə, meşə və mədən şirkətləri də daxil olmaqla, özəl mülkiyyət sahiblərinə ərazilərində istədikləri fəaliyyəti həyata keçirmək imkanı verilməlidir. Ətraf mühitin qorunması onların şəxsi seçimi hesab olunurdu.Samuel P. Hays, Conservation and the Gospel of Efficiency: The Progressive Conservation Movement, 1890–1920 (1959) Bununla belə, resursların tamamilə tükənməsi təhlükəsi biznes subyektlərini innovasiyalara və alternativ fəaliyyətlərə yönəltməyə məcbur edirdi. Mühafizəçilər (Conservationists): Gələcək prezident Teodor Ruzvelt və onun yaxın silahdaşı Corc Berd Qrinnell bazar qüvvələrinin səbəb olduğu meşəsizləşmə və həddindən artıq ovlanmadan irəli gələn israfçılığa qarşı çıxırdılar.Benjamin Redekop, "Embodying the Story: The Conservation Leadership of Theodore Roosevelt" (2015) Bu vəziyyət bir çox Şimali Amerika heyvan növlərini nəsli kəsilmə həddinə gətirmişdi. Ruzvelt hökumətin laissez-faire yanaşmasını qeyri-səmərəli hesab edirdi və təbii resursların uzunmüddətli iqtisadi fayda təmin edəcək şəkildə milli ekspertlər tərəfindən idarə olunmasını müdafiə edirdi. Bu məqsədlə o və Qrinnell Bun ve Kroket klubu yaratmışdılar. Qoruyucular (Preservationists): Con Myuir (1838–1914) tərəfindən təmsil olunan bu mövqe mühafizə siyasətlərinin kifayət qədər sərt olmadığını və təbiətin hələ də iqtisadi resurs kimi dəyərləndirildiyini iddia edirdi.
Mühafizə və qoruma yanaşmaları arasındakı mübahisələr Kaliforniyada Hetç Hetçi bəndinin Yosemit Milli Parkı ərazisində tikintisi ilə bağlı ictimai debatlar zamanı kulminasiya nöqtəsinə çatmışdır. Syerra klubun lideri Con Myuir vadinin təbii gözəlliyi naminə qorunmalı olduğunu bildirərək qeyd edirdi: “İnsan qəlbi tərəfindən bundan daha müqəddəs bir məbəd həsr olunmamışdır.”
Prezident Teodor Ruzvelt mühafizə məsələlərini milli gündəliyin ön sırasına çıxarmışdır.Douglas G. Brinkley, The Wilderness Warrior: Theodore Roosevelt and the Crusade for America (2009) O, xüsusilə baş məsləhətçisi Qifford Pinçot ilə sıx əməkdaşlıq edərək Nyulends Meliorasiya Qanunu (1902) qanununu təşviq etmiş və ərazini federal mühafizə altına almışdır. Ruzvelt özündən əvvəlki bütün prezidentlərin cəminə nisbətən daha çox torpağı milli park və təbiət qoruğu statusu ilə qorumuşdur.W. Todd Benson, President Theodore Roosevelt's Conservation Legacy (2003)
Roosevelt ABŞ Meşə Xidmətini yaratmış, beş milli parkın təsis edilməsini təsdiqləmiş və 1906-cı ildə Qədim Abidələrin Qorunması haqqında Qanununu imzalayaraq 18 yeni milli abidə elan etmişdir. O, həmçinin 51 quş qoruğu, dörd ov qoruğu və 150 milli meşə yaratmışdır. Onun dövründə ictimai mühafizə altına alınmış ərazilərin ümumi sahəsi təxminən olmuşdur.
Qifford Pinçt 1905-ci ildə milli meşə ehtiyatlarına nəzarəti öz üzərinə götürmüş və federal nəzarət altında (ödənişli) özəl istifadəni təşviq etmişdir. 1907-ci ildə Roosevelt son tarixə bir neçə dəqiqə qalmış yeni milli meşə elan etmişdir.Char Miller, Seeking the Greatest Good: The Conservation Legacy of Gifford Pinchot (2013)
1908-ci ilin mayında Roosevelt Ağ Evdə keçirilən Qubernatorlar Konfransı konfransına sponsorluq etmiş və çıxışında “Mühafizə milli vəzifədir” ifadəsini səsləndirmişdir.
1903-cü ildə Ruzvelt Yosemit vadisini Con Myuir ilə birlikdə ziyarət etmiş, Muir isə Syerra Klubu vasitəsilə 1905-ci ildə Mariposa Qrov və Yosemit vadisinin federal hökumətə verilməsinə nail olmuşdur. Myuir təbiətin özlüyündə qorunmasını müdafiə etdiyi halda, Ruzvelt Pinçotun “meşəni nəsillər boyu fayda verəcək şəkildə idarə etmək” formulunu dəstəkləmişdir.Gifford Pinchot, Breaking New Ground (1947), s. 32
Teodor Ruzveltin mühafizə yanaşması uzun müddət dominant olmuşdur. Frenklin Ruzvelt dövründə iri su və bənd layihələri həyata keçirilmiş, həmçinin Milli Meşə Sistemi genişləndirilmişdir. 1937-ci ildə qəbul edilən Pittman-Robertson Federal Vəhşi Təbiətin Bərpası Yardım Qanunu ştatların mühafizə fəaliyyətlərinə maliyyə dəstəyi göstərilməsini təmin etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Barton, Gregory A. Empire, Forestry and the Origins of Environmentalism, (2002), covers British Empire Clover, Charles. The End of the Line: How overfishing is changing the world and what we eat. (2004) Ebury Press, London. Haq, Gary, and Alistair Paul. Environmentalism since 1945 (Routledge, 2013). Jones, Eric L. "The History of Natural Resource Exploitation in the Western World," Research in Economic History, 1991 Supplement 6, pp 235–252 McNeill, John R. Something New Under the Sun: An Environmental History of the Twentieth Century (2000).
Regional tədqiqatlar
Afrika Adams, Jonathan S.; McShane, Thomas O. Myth of Wild Africa: Conservation without Illusion (1992) 266p; covers 1900 to 1980s Anderson, David; Grove, Richard. Conservation in Africa: People, Policies & Practice (1988), 355pp Bolaane, Maitseo. "Chiefs, Hunters & Adventurers: The Foundation of the Okavango/Moremi National Park, Botswana". Journal of Historical Geography. 31.2 (Apr. 2005): 241–259. Carruthers, Jane. "Africa: Histories, Ecologies, and Societies," Environment and History, 10 (2004), pp. 379–406; Showers, Kate B. Imperial Gullies: Soil Erosion and Conservation in Lesotho (2005) 346pp
Asiya-Sakit okean Bolton, Geoffrey. Spoils and Spoilers: Australians Make Their Environment, 1788-1980 (1981) 197pp Economy, Elizabeth. The River Runs Black: The Environmental Challenge to China's Future (2010) Elvin, Mark. The Retreat of the Elephants: An Environmental History of China (2006) Grove, Richard H.; Damodaran, Vinita Jain; Sangwan, Satpal. Nature and the Orient: The Environmental History of South and Southeast Asia (1998) 1036pp Johnson, Erik W., Saito, Yoshitaka, and Nishikido, Makoto. "Organizational Demography of Japanese Environmentalism," Sociological Inquiry, Nov 2009, Vol. 79 Issue 4, pp 481–504 Thapar, Valmik. Land of the Tiger: A Natural History of the Indian Subcontinent (1998) 288pp
Latin Amerikası Boyer, Christopher. Political Landscapes: Forests, Conservation, and Community in Mexico. Duke University Press (2015) Warren Dean . With Broadax and Firebrand: The Destruction of the Brazilian Atlantic Forest (1997) Evans, S. The Green Republic: A Conservation History of Costa Rica. University of Texas Press. (1999) Funes Monzote, Reinaldo. From Rainforest to Cane Field in Cuba: An Environmental History since 1492 (2008) Melville, Elinor G. K. A Plague of Sheep: Environmental Consequences of the Conquest of Mexico (1994) Miller, Shawn William. An Environmental History of Latin America (2007) Noss, Andrew and Imke Oetting. "Hunter Self-Monitoring by the Izoceño -Guarani in the Bolivian Chaco". Biodiversity & Conservation. 14.11 (2005): 2679–2693. Simonian, Lane. Defending the Land of the Jaguar: A History of Conservation in Mexico (1995) 326pp Wakild, Emily. An Unexpected Environment: National Park Creation, Resource Custodianship, and the Mexican Revolution. University of Arizona Press (2011).
Avropa və Rusiya Arnone Sipari, Lorenzo, Scritti scelti di Erminio Sipari sul Parco Nazionale d'Abruzzo (1922–1933) (2011), 360pp. Barca, Stefania, and Ana Delicado. "Anti-nuclear mobilisation and environmentalism in Europe: A view from Portugal (1976–1986)." Environment and History 22.4 (2016): 497–520. online Bonhomme, Brian. Forests, Peasants and Revolutionaries: Forest Conservation & Organization in Soviet Russia, 1917–1929 (2005) 252pp.