Novosaratovka (tarixi adı Fındıqlı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novosaratovka kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Novosaratovka (oyk.). Dağətəyi ərazidədir.
Keçmiş adı Fındıqlı olmuşdur. Çarizmin köçürmə siyasəti nəticəsində 1850-ci ildə Rusiyanın Saratov quberniyasından gəlmələrin Fındıqlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “yeni Saratov” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Mülayim iqlimə sahibdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2539 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Novoivanovka Fındıqlı çayı
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti Novosaratovka Şəkilləri
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri Kateqoriya:Novosaratovka