İlham Əliyevin Azərbaycanın dördüncü Prezidenti kimi andiçmə mərasimi — 2024-cü il, fevral ayının 14-də Azərbaycan Respublikasının Milli Məclisində keçirilmişdir. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Tarixi 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu seçkilər Qarabağın işğaldan azad olunmasından sonra keçirilən ilk Prezident seçkiləri idi və bütün ölkə ərazisində keçirilmişdir.Seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək - SPİKER İşğaldan azad edilmiş ərazilərdə yaradılmış seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak edə bilmişdir.Azad edilən ərazilərdə 20 min seçici var - Onlar tarixə düşəcək...

8 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İclasda növbədənkənar prezident seçkilərinin 7 fevral 2024-cü ildə keçirilməsi qərara alınmışdır.

92,12% səs toplayaraq İlham Əliyev 5-ci dəfə, 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyevin andiçmə mərasimi keçirilib

Andiçmə mərasimi Mərasim anı Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi mərasim iştirakçıları hərarətlə qarşıladılar və andiçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış etdi və bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur.

Vəzifə andı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

Sonra Prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içdi:

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Sonra Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü və nitq söylədi.

İlham Əliyevin nitqi Prezident nitqində hərbi sənayenin inkişafı, ordu quruculuğu, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz vətəninnə qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, monopoliyalara qarşı mübarizə, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahələrinin inkişafından danışıb.

İlham Əliyev xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

Nitqinin sonunda Prezident İlham Əliyev vurğuladı: Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!

Bununla da təntənəli andiçmə mərasimi başa çatdı.

Həmçinin bax Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi (2003)

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı Azərbaycan Prezidentinin rəsmi YouTube videokanalı Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi (2008 г.) Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı (2013 г.) Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi (2018)

Kateqoriya:Azərbaycan prezidentinin andiçmə mərasimləri Kateqoriya:2024-cü ildə siyasət Kateqoriya:Azərbaycanda prezident seçkiləri (2024) Kateqoriya:İlham Əliyev