XIV Bakı Beynəlxalq Film Festivalı — 2023-cü il noyabrın 10-dan 15-ə qədər keçirilmiş film festivalı. Festivalda 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları"nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulub.
Nizami Kino Mərkəzində baş tutmuş festivalda rejissorlar Patrisio Martines və Fransisko Kantonun "Heç biri" filmi, Nikita Lovetskinin "Qalina Petrovna" filmi, Vuk Palibrk və Tanya Brzakoviçin "Fabuladakı canavar" filmi, Səməd Ağayevin "Salam, İsa" filmi, Kürçaylı Məmmədovun "Sabahın xeyir, Sübh anası" filmi festivalın baş mükafatı olan "Qızıl Nar"a layiq görülüblər.
Haqqında XIV Bakı Beynəlxalq Film Festivalı 2023-cü il noyabrın 10-dan 15-ə qədər Bakıda keçirilib. Sayca 14-cü olan Bakı Beynəlxalq Film Festivalına ümumilikdə 78 ölkədən 704 film göndərilib. Nizami Kino Mərkəzində baş tutmuş festivalda "Beynəlxalq müsabiqə"də 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları" müsabiqəsində 17 film, "Yerli müsabiqə"də isə 26 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulublar. "Cinemobil" müsabiqəsində isə üç film yarışıb.
Festivalın "Beynəlxalq müsabiqə"sinin filmlərini "Qızıl Pəri" mükafatçısı Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Fərhad Şərifov, ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndiriblər. "Asiya istedadları" müsabiqəsinin münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə yer alıblar. "Yerli müsabiqə"də yarışan filmləri isə rejissor, ssenarist, teatr, kino xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, "Ayna","Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı və rejissor Nadir Mehdiyev qiymətləndirib.
Festivalın müsabiqədənkənar bölmələrində də müxtəlif təqdimatlar olub. "British Council"lə əməkdaşlığın nəticəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən BAFTA mükafatına namizədlərin xüsusi nümayişi baş tutub. Festivalın "Dili bizim" bölməsində cənubi azərbaycanlı rejissorlar tərəfindən çəkilmiş "Qurd" (rejissor Bəhruz Şəmşiri), "Mənim payım" (rejissor Əmin Bahocb), "Boğanaq" (rejissor İbrahim Cavadxani), "Çərçi" (rejissor Mehdi Behzadpur), "Don" (rejissor Hamid Musəvi Hüseyni) adlı 5 film nümayiş olunub.
Festivalda Azərbaycan kinosunun 125 illiyinə həsr olunan "Retrospektiv" bölməsində müxtəlif dövrlərə aid beş qısa film — Zaur Məhərrəmovun "Bakı eyvanları", Nicat Feyzullayevin "Yaşa, qızıl balıq", Həsən Seyidbəylinin "Cazibə qüvvəsi", Arif Məhərrəmovun "Münəccimin şagirdi", Rüfət Əsədovun "Vahimə" ekran əsərləri göstərilib.
Festivalın son günündə beynəlxalq müsabiqədə "Ən yaxşı animasiya" nominasiyasında "Fabuladakı canavar" animasiya filmi (rejissorlar Vuk Palibrk və Tanya Brzakovic. Serbiya), "Ən yaxşı sənədli film" nominasiyasında "Qalina Petrovna" filmi (rejissor Nikita Lovetski, Qırğızıstan), "Ən yaxşı bədii film" nominasiyasında "Heç biri" ekran əsəri (rejissor Patrisio Martines və Fransisko Kanton, Argentina) mükafata layiq görülüb. Yerli müsabiqədə isə "Ən yaxşı bədii film" nominasiyasında "Salam İsa" (rejissor Səməd Ağayev), "Ən yaxşı sənədli film" nominasiyasında "Sabahın xeyir, Sübh anası" (rejissor Kürçaylı Məmmədov), "Ən yaxşı rejissor" nominasiyasında "Nəfəs" (rejissor Elmar Bayramov), "Ən yaxşı ssenari" nominasiyasında "Qütb ulduzu" (rejissor Şirin Əhmədov) filmləri mükafatlandırılıb. Festivalın "Qızıl nar" mükafatı, ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 filmə verilib.
"Cinemobil" nominasiyasında Hüseynağa Aslanovun "Saatsaz" filmi qalib olub.
Türkiyəli rejissor Kasım Ördekin "Birlikdə, tək" filmi "Azərbaycanfilm" kinostudiyasının "Rasim Ocaqov" mükafatına layiq görülüb.
Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının "Ən yaxşı prodüser" üzrə, Gülay Babayeva isə "Arxa cəbhə" filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.
Mükafatlandırma mərasimindən sonra "Ən yaxşı bədii film" nominasiyası üzrə "Qızıl nar" mükafatı almış Səməd Ağayevin "Salam, İsa" filmi nümayiş olunub.
Münsiflər heyəti
Beynəlxalq müsabiqə Yavər Rzayev Rza Mirkərimi Fərhad Şərifov Rulof Yan Minnebu
Asiya istedadları müsabiqəsi Ercan Cumabəyov Şərif Ağayar Ramin Fərzanə
Yerli müsabiqə Mehriban Ələkbərzadə Elçin Şıxlı Nadir Mehdiyev
Qaliblər Müsabiqə Mükafat Film Rejissor Ölkə Beynəlxalq müsabiqə Ən yaxşı bədii film "Heç biri" Patrisio Martines Fransisko Kanton Ən yaxşı sənədli film "Qalina Petrovna" Nikita Lovetski , , Ən yaxşı animasiya "Fabuladakı canavar" Vuk Palibrk Tanja Brzakovic Ən yaxşı bədii film rejissoru"Rəfiqəm" Kövsər YunisƏn yaxşı sənədli film rejissoru"Üç bacı" İman Behruzi Ən yaxşı animasiya filmi rejissoru "Cadugər-pəri" Sedrik Ayqat, Devid ven de Ueyer Ən yaxşı ssenari "Şeytan" Yan Buynovski Ən yaxşı montaj "Dava haqqında əsl həqiqət" Andrea Slaviçekin Münsiflər heyətinin xüsusi mükafatı "Teruel ətrafında" Manuel Omonte Asiya istedadları müsabiqəsi Ən yaxşı film "Haçalanmış uclar" Əlirza Kazımpur Ən yaxşı rejissor "Satıcının bir günü" Erinç Durlanık Ən yaxşı ssenari "Toy mahnısı" Ədalət Ömərov Yerli müsabiqə Ən yaxşı bədii film "Salam İsa" Səməd Ağayev Ən yaxşı sənədli film "Sabahın xeyir, Sübh anası" Kürçaylı Məmmədov Ən yaxşı tələbə filmi "Pianist" Məmmədəmin Əlizadə Ən yaxşı sosial çarx "Xocalı" Vüsal Həmdullayev Ən yaxşı rejissor "Nəfəs" Elmar Bayramov Ən yaxşı ssenari "Qütb ulduzu" Şirin Əhmədov, Elmar Fərzəli
İstinadlar
Xarici keçidlər XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib / Mədəniyyət TV 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: 74 ölkədən bu qədər film qatıldı / Az TV 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb / Sabahın Xeyir Azərbaycan 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına 78 ölkədən 704 film göndərilib / Mədəniyyət TV
Kateqoriya:Bakı Beynəlxalq Film Festivalı