Mətin Tokər (; ) — türk jurnalist və yazıçısı, həmçinin Türkiyə prezidenti İsmət İnönününün kürəkəni.

Həyat və fəaliyyəti İstanbulda anadan olan Mətin Tokər, Qalatasaray Liseyini (1942) bitirdikdən sonra, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Fransız dili filologiyası şöbəsini (1948) bitirib. 1943-50-ci illərdə "Cümhuriyyət" qəzetində çalışıb. 1950-53-cü illərdə Parisdə təhsil alarkən "Cümhuriyyət", "Zəfər" və "Yeni İstanbul" qəzetlərinin Qərbi Avropa müxbiri kimi çalışıb. O, 1953-cü ildə Paris Universitetinin Siyasi Elmlər fakültəsinin "Beynəlxalq münasibətlər" şöbəsini bitirib. Əvvəlcə, "Zəfər" qəzetində İsmət İnönüyə qarşı sərt məqalələr yazsa da, sonra birdən müxalifətə keçib. Türkiyəyə qayıtdıqdan sonra "Akis" jurnalını nəşr etməyə başlayıb (1954). O, həmçinin "Akis nəşriyyatı" adlı nəşriyyat evini də təsis edib. Ankara Jurnalistlər Dərnəyinin prezidenti olub. 9 fevral 1955-ci ildə İsmət İnönününün qızı Özdən İnönü ilə evlənən Tokərin bu evlilikdən: Gülsün, Nurpəri və Güclü Tokər adlı üç övladı olub. İsmət İnönününün kürəkəni olduğu üçün "Milli kürəkən" ləqəbi ilə də tanınırdı.

Özdən İnönü ilə evləndikdən sonra adı siyasi arenada daha çox hallanan Tokər, 1967-ci ilə qədər baş redaktoru olduğu "Time" jurnalına bənzədilən "Akis" jurnalında xəbər jurnalistikasında inqilab etdi. O, dövrün siyasi liderləri və güclərini sərt tənqid etdiyinə görə tez-tez məhkəməyə verilərək, həbs edildi. 1957-ci ildə Demokrat Partiyası (DP) hökumətindən Baş nazir olan Mükərrəm Sarolu Akis jurnalındakı məqaləsində təhqir etdiyinə görə 7 ay 23 gün həbs cəzasına məhkum edildi. 1967-ci ildə "Akis" jurnalı bağladıqdan sonra əvvəlcə Hürriyyət, daha sonra isə Milliyyət qəzetlərində "Dəftərimdən" adlı köşə yazıları yazmağa başladı.

1977-1980-ci illərdə Prezident Fəxri Qorutürkün seçdiyi kvota ilə Respublika Senatına daxil oldu.[ Biography page ] 1980-ci illərin əvvəllərində siyasətlə məşğul olmağı dayandırdı və yenidən siyasət haqqında yazmağa başladı. Qayınatası İsmət İnönü ilə bağlı xatirələrindən bəhs edən "İsmət Paşa ilə on il 1954-64" (1965-69, 4 cild) kitabı, 1990-93-cü illərdə yazdığı "Demokratiyanın İsmət Paşalı illəri (1944-1973)" adı altında genişləndirilərək 7 cilddə yenidən nəşr etdirdi. İlk dəfə 1970-ci ildə "Tək Partiyadan Çox Partiyaya (1944-1950)" kitabını da nəşr etdirdi.

Beynəlxalq Mətbuat İnstitutunun Fəxri üzvü və Jurnalistlər Assosiasiyasının təsisçi üzvü olan Tokər, həmçinin 1983-cü ildə həmtəsisçisi olduğu "İnönü Fondu"nun idarə heyətində vəfat edənə qədər çalışmışdır.

Ölümü Mətin Toker, 18 iyul 2002-ci ildə Ankara Universitetinin İbn Sina Xəstəxanasında vəfat edib. O, Cəbəci Əsri qəbiristanlığında dəfn edilib.Akşam newspaper

Kitabları Bir Diktatorun iqtidar yolu (1963) İsmət Paşa ilə on il (1965-69, 4 c.) Rus gəldi eşqə, Rusun eşqi başqa (1966) Şeyx Səid və üsyanı (1968) Avropa bəzi şeylər axtarır (1968) Dört təlatümlü il (1969) Tək Partiyadan Çox Partiyaya (1971) Sağda ve solda döyüşənlər (1971) Türkiyə üzərində 1945-ci ilin kabusu (1971) NATO 25 yaşında, tamam mı davam mı? (1974) Mətin Tokərin qeyd deftərindən (1981) Oraq ilə Çəkiç arasında qalanlar Demokratiyanın İsmət Paşalı illəri (1944-1973), (1990-93, 7 c.) Tək Partiyadan Çox Partiyaya (1944-1950) (1990) DP-nın Qızıl illəri (1950-1954) (1990) DP-nın çöküşü (1954-1957) (1991) Demokratiyadan Çevrilişə (1957-1960) (1991) Yarı Silahlı Müvəqqəti rejim (1960-1961) (1991) İnönünün son Baş nazirliyi (1961-1965) (1992) İsmət Paşanın son illəri (1965-1973) (1993)

İstinadlar

Kateqoriya:Türkiyə tərcüməçiləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:İngilis dilindən tərcümə edənlər Kateqoriya:Türkiyə jurnalistləri