Mahmud Akok (; ) — muzeyşünas, arxeoloq və restavrasiya mütəxəssisi.

Türkiyə Respublikasının ilk illərində o, Türk Tarix Qurumu ilə Əntiq Əşyalar və Muzeylər Baş İdarəsinin birgə apardığı arxeoloji qazıntıların əksəriyyətində memar və çertyoj ustası kimi iştirak etmişdir. O, ilk sistematik qazıntı işlərini Raci Təmizər, Həmid Zübeyr Koşay, Nəcdət Pənçə və Təhsin Özgüc ilə birlikdə aparmışdır. O, sənət tarixçilərinin "Akokvari" ləqəbini verdiyi aksonometrik rəsmləri ilə tanınır.

Həyatı Mahmud Akok 1901-ci ildə Bandırmada anadan olub. Atası İsmayıl Ağa Bolqarıstanın Tarnovo şəhərindən Türkiyəyə mühacirət etmiş bir ailədən olub. O, atasını yeddi yaşında ikən itirib. İbtidai təhsilinə Ankarada başlayan Akok sonra təhsilini İstanbuldakı dülgərlik üzrə internat məktəbində davam etdirib. İstanbulun işğalından sonra təhsilini Ankarada davam etdirib. Birinci Dünya müharibəsi zamanı hərbi xidmətdə arxa cəbhədə dülgər kimi çalışıb. O, həmçinin Türkiyə İstiqlaliyyət müharibəsi illərini Ankarada keçirib və İstiqlaliyyət müharibəsi veteranı titulunu alıb.

Münir Hayri Egelinin "Atatürkün bilinməyən xatirələri" kitabına görə, Cümhuriyyət Xalq Partiyasının emblemi 1933-cü ildə Rəcəb Pekərin xahişi ilə Mamut Akok tərəfindən dizayn edilib.

1938–1943-cü illər arasında Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin Arxeologiya şöbəsində təhsil almışdır. O, Alacahöyük (1936–1947), Karaoğlan, Bitik höyük, Əlaeddin təpəsi (1939–1941), Kültəpə, Əcəmhöyük (1948–1973), İnandıq-İlğın və Eşkyapar höyüğü (1970–1973) qazıntılarında iştirak etmişdir. 1945–1968-ci illər arasında Əntiq Əşyalar və Muzeylər Baş İdarəsi adından xilasetmə qazıntıları aparmışdır.

Mahmud Akok Təhsil Nazirliyinin "Əntiq Əşyalar və Muzeylər Baş İdarəsindəki" Tədqiqat Bürosunun rəhbəri vəzifəsində çalışmışdır. Anadolu Səlcuq memarlıq abidələrinin tədqiqatını aparmışdır. O, Anadolu Səlcuq memarlığı haqqında biliklərini yeni tikilmiş binalarda da əks etdirmişdir. Mahmud Akok Ziraat Bankının Baş idarəsinin tavanı altındakı Səlcuqlu motivli bəzəklərin firuzəyi mavi rənglərlə boyatmışdır.

O, binanı 45 dərəcəlik bucaq altında, sanki üç ölçülü şəkildə yarıya bölən rəsmlərlərə bəzəmişdir. Sənət tarixçiləri onun rəsmlərini "Akokvari" adlandırırdılar. Onun əsərləri Muzeylər Baş İdarəsinin arxivində saxlanılır.

O, "Belleten", "Türk Arxeologiya", "Yaxın Şərq", "Türk Etnoqrafiya", "Arkitekt", "Memarlıq və İllik tədqiqat" jurnallarında məqalələr dərc edib. O, Türk Tarix Qurumu tərəfindən təşkil edilən Türk Tarixi konqreslərində və "Birinci Beynəlxalq Türk sənəti" konqresində məruzələrlə çıxış etmişdir.

1980-ci illərə qədər Türkiyədə bir çox muzeyin yaradılması və sərgi işlərinə rəhbərlik etmişdir. Mahmud Akok 27 noyabr 1993-cü ildə Ankarada vəfat etmişdir.

Arxeoloji tədqiqatları və əsərləri Ankara şəhəri və üç tədqiqat sahəsində tapılan qədim yaşayış məskənləri Kültəpə qazıntılarının Mərkəzi Anadoluda Het memarlığına qazandırdığı töhfələr 1941-ci ildə Konyadakı Əlaəddin təpəsində Türk Tarix Qurumu adından aparılan arxeoloji qazıntılar zamanı əldə edilən memarlıq tapıntıları Alacahöyükdə 1979-cu ildə aparılan tədqiqatlar Alacahöyükdə aparılan və davam edən qazıntılar nəticəsində əldə edilən tapıntılarının qorunması Uşaq Ulu məscidi Candaroğlu Mahmut bəy məscidi Auqusta şəhər xarabalıqları Kütahya Qapalı çarşısı Tümülüs Samsun ili Havza ilçəsi Lerdürgə kəndindən tapılan tapıntılar Konya şəhərindəki Əlaəddin təpəsində Türk Tarix Qurumu adından aparılan arxeoloji qazıntılardan əldə edilən memarlıq tapıntıları Alacahöyükdə son arxeoloji tədqiqatlar nəticəsində tapılanların tikinti texnikaları və memarlıq reallıqları

Qeydlər

İstinadlar