Təfsir əs-Səmərqəndi () — Əbül-Leys əs-Səmərqəndinin Quran təfsiri.

Əsər Əsərin digər adları bunlardır: "Təfsirül-Quranil-Kərim", "Təfsiru Əbil-Leys əs-Səmərqəndi" və "Bəhrül-ülum". "Təfsir əs-Səmərqəndi"nin dövrümüzə qədər gəlib çatmış nəşrlərində adı "Bəhrül-ülum" olaraq qeyd edilmişdir (Bağdad, 1985–1986; Beyrut, 1993, 1997). Lakin "Bəhrül-ülum" adlı təfsirin əsl müəllifi Ələddin Əli ibn Yəhya əs-Səmərqəndidir. Əbül-Leys əs-Səmərqəndinin təfsiri ehtiva etdiyi təsəvvüfi izahlar səbəbi ilə işari təfsir olaraq adlandırılsa da, sufi-fiqhi bir metoda sahibdir. Rəvayət əsaslı əsərdə müəllif öz şərhləri "qaləl-fəqih" şəklində qeyd etmişdir. Əsərin Şəhabəddin İbn Ərəbşah, Musa İzniki və Əhmədi-Daiyə izafə olunan türkcə tərcümələri dövrümüzə qədər gəlib çatmışdır.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:X əsrin kitabları Kateqoriya:Sünni təfsirləri Kateqoriya:İslam ədəbiyyatı Kateqoriya:X əsrin ərəb dilində kitabları