thumb|Eyler düsturunun nəticəsi. Bu düstur riyazidir.

Formal elmlər — formal sistemlərin tədqiqi ilə məşğul olan elmlər məcmusudur. Formal elmlərə aşağıdakılar daxildir: riyaziyyat, məntiq, kibernetika, nəzəri informatika, informasiya nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, qərar nəzəriyyəsi, statistika və dilçiliyin bəzi aspektləri.

Formal elmlərin başlanğıcı elmi metodun formalaşmasından çox əvvəl — e.ə. 1800-cü ilə (Babil riyaziyyatı), e.ə. 1600-cü ilə (Qədim Misir riyaziyyatı) və e.ə. 1000-ci ilə (Hindistan riyaziyyatı) aid edilən riyazi mətnlərə söykənir. Hind, qədim yunan və ərəb riyaziyyatçıları bu sahəyə böyük töhfələr vermiş, Çin və Yaponiyada isə müstəqil riyazi ənənələr inkişaf etmişdir.

Məntiq də riyaziyyat kimi qədim tarixə malik formal elm nümunəsidir. Məntiqi nəticə çıxarma üsullarının təhlili Qədim Çin, Qədim Hindistan, Qədim Roma və Qədim Yunanıstanda mövcud olmuşdur. Müasir məntiqə əsasən ərəb məntiqçilərinin əsərləri ilə davam etdirilən qədim yunan ənənəsi təsir göstərmişdir.

Digər formal elmlər bir çox cəhətdən riyaziyyatla bağlıdır və ondan törəmişdir. XVII əsrin əvvəllərində ehtimal nəzəriyyəsi (statistika) üzrə ilk işlər meydana çıxır. XX əsrin ortalarından başlayaraq əməliyyat araşdırması, informasiya nəzəriyyəsi, nəzəri informatika və digər formal elmlər sürətlə inkişaf etməyə başlayır. Nəzəri informatikanın yaranması Alan Türinqin işləri ilə əlaqələndirilir, bəzən isə bunun izləri Çarlz Bebbic və hətta Qotfrid Leybnitsə qədər gedib çıxır. Yeni fənlərin ortaya çıxması göstərir ki, riyaziyyat formal elmlər silsiləsindəki çoxsaylı sahələrdən yalnız biridir.

Təbiət elmləri və sosial elmlərdən fərqli olaraq, formal elmlər məntiqi və metodoloji cəhətdən empirik metodlardan asılı deyildir. Formal elmlərdə tədqiq olunan obyektlərə yanaşma abstraktdır, lakin əldə olunan nəticələr reallığın bütün sahələrinin öyrənilməsində tətbiq olunur.Классификация наук // Философия: Энциклопедический словарь. — М.: Гардарики. Под редакцией А. А. Ивина. 2004

İstinadlar

Biblioqrafiya

Stephen Leacock (1906). Elements of Political Science. Houghton, Mifflin Co, 417 pp.

Bernt P. Stigum (1990). Toward a Formal Science of Economics. MIT Press Marcus Tomalin (2006), Linguistics and the Formal Sciences. Cambridge University Press William L. Twining (1997). Law in Context: Enlarging a Discipline. 365 pp.

Əlavə ədəbiyyat siyahısı

Mario Bunge (1985). Philosophy of Science and Technology. Springer. Mario Bunge (1998). Philosophy of Science. Rev. ed. of: Scientific research. Berlin, New York: Springer-Verlag, 1967. C. West Churchman (1940). Elements of Logic and Formal Science, J.B. Lippincott Co., New York. James Franklin (1994). The formal sciences discover the philosophers' stone. In: Studies in History and Philosophy of Science. Vol. 25, No. 4, pp. 513-533, 1994

Xarici keçidlər

Interdisciplinary conferences — Foundations of the Formal Sciences — formal elmlər üzrə konfrans materialları

Kateqoriya:Sahələrinə görə elmlər Kateqoriya:Elm sahələri Kateqoriya:Formal elmlər