055 tipli mina daşıyan esmines (NATO təyinatı: Renhai sinifli kreyserlər) — dördüncü nəsil Çin iri idarəolunan raket esminesləri. İlk gəminin təməlqoyma mərasimi 27 dekabr 2009-cu ildə baş tutub. Bu layihənin esminesləri Amerikanın "Zumwalt" sinifli esmineslərindən sonra dünyada ən böyük esmines olacaq.
Bildirilir ki, bu layihə əvvəlki nəsil 052D tipli "Aegis" esmineslərinin qabaqcıl texnologiyalarından maksimum dərəcədə istifadə edəcək.
2020-ci ilin avqust ayı etibarilə bu layihənin səkkiz gəmisi suya salınıb. Onlardan birincisinin Çin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi 2020-ci ilin əvvəlində Liaoninq təyyarə gəmisinin yerləşdiyi Qinqdaoda baş tutub.
5 noyabr 2025-ci il tarixinə olan məlumata görə, tamamlanmış səkkiz gəminin hamısı istismardadır. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hərbi gəmilər